SON XƏBƏRLƏR

Azərbaycan Rusiyadan “Pansir-S1” zenit-raket-top kompleksi almaq istəyir

2021.10.20, 07:36
Azərbaycan Rusiyadan “Pansir-S1” zenit-raket-top kompleksi almaq istəyir

Gunaz.tv

GünAz TV: Rusiya 96K6 “Pansir-S1” zenit-raket-top kompleksinin alğı-satqısına dair bir sıra ölkələrlə danışıqlar aparır.

NATO-nun “SA-2 Greyhound” kod adı verdiyi bu kompleksə maraq göstərən ölkələr arasında Qazaxıstan, Türkmənistan və Azərbaycan da var. Hazırda Rusiyanın həmin ölkələrlə danışıqlar apardığı bildirilir. Hazırda Rusiya, Suriya, İran, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Oman silahlı qüvvələrinin inventarına (fehrest) daxil olan “Pansir-S1” üçün Əlcəzair və Mərakeşdən də sifarişlər alınıb. Hərbi obyektlərin (təsisat) yaxın məsafədən hava müdafiəsini təşkil etmək üçün nəzərdə tutulan “Pansir-S1” 20 km uzaqlıqdakı hədəflərə atəş aça bilir. Kompleksə eyni zamanda radiolokasiya (radar) sistemi daxildir. Fərqli modifikasiyaları (islahları) olan “Pansir-S1” Rusiya ordusundakı «Tunquska» komplekslərini əvəz edir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar