SON XƏBƏRLƏR

İranda təhlükəsizlik sorunları artır: “Silahlı şəxs dövlət idarəsinə hücum edib”

2021.10.20, 07:36
İranda təhlükəsizlik sorunları artır: “Silahlı şəxs dövlət idarəsinə hücum edib”

Gunaz.tv

GünAz TV: İranın bir zamanlar ad çıxardığı ucuzluq və təhlükəsizlik təminatı, yerini bahalıq və təhlükəyə verməkdədir.

 

Artıq hər bir İran vətəndaşı getdikcə artan bahalıq, hücum və terror xəbərləri ilə günlük həyata başlayır.

Ölkənin bir tərəfindən (Xuzistan) kütləvi iğtişaşlarda ölən və tutulanların xəbəri gəlir, o biri tərəfindən isə silahlı şəxsin dövlət idarəsinə hücumu bildirilir.

 

Məlumata görə, İranın İlam əyalətində (ostan) dövlət idarələrinin birində silahlı şəxs üç nəfəri girov götürüb. Bu barədə İranın İSNA agentliyi xəbər verib.

İlam əyaləti polisi bəyanat yayaraq, hadisənin dünən yerli vaxtla saat 10:00-da baş verdiyini və silahlı şəxsin həmin idarənin işçilərinin birindən intiqam almaq məqsədilə bunu etdiyini bildirib.

Hadisə yerinə xüsusi təyinatlı dəstələr gəlib və beş saat davam edən danışıqlardan sonra silahlı şəxs polisə təslim olub, girov götürülmüş şəxslər isə azad ediliblər.

Həbs olunmuş şəxsdən bir ədəd silah və bir neçə güllə müsadirə edilib. Dövlət müəssisəsinin adı açıqlanmır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar