SON XƏBƏRLƏR

İranda iğtişaş: ölən və tutulanlar var

2021.10.20, 07:36
İranda iğtişaş: ölən və tutulanlar var

Gunaz.tv

GünAz TV: İranın Xuzistan vilayətində iğtişaşlar baş verib. Nəticədə 3 nəfər öldürülüb, 49 nəfər həbs edilib.

Həbs olunanlar arasında İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) bir keçmiş zabiti (əfsər, dərəcədar) də var. Ölənlərin hər üçünün zindandakı işgəncələr nəticəsində həlak olduğu bildirilir. Bu barədə APA HRANA-ya istinadən məlumat yayıb.

Qeyd edək ki, iğtişaşlara bir qrup gəncin bu ilin martında (March) keçiriləcək parlament seçkilərini boykot etməklə bağlı təbliğat aparması səbəb olub. Belə ki, onlar əhalini parlament seçkilərini boykot etməyə çağırıb. Bu cəhd polislə xalq arasında toqquşmaya səbəb olub. Toqquşmalar Xuzistanın Şuş şəhərindən başlayıb. Bir qrup gənc seçkiləri boykot etməklə bağlı şəhərin divarlarına elanlar yapışdırıb. Polis bu məsələni bəhanə edərək milli fəalların evlərinə hücum edib və onlardan bir neçəsini saxlayıb. Şəhər əhalisi bu hadisələrə etiraz edərək polislə toqquşub. Daha sonra iğtişaşlar Həmidiyyə şəhərinə keçib və polis bu şəhərdə də bəzi milli fəalları həbs edib.

Həmidiyyə şəhərinin bir sıra məktəblərinin direktorları da həbs edilənlər arasındadır. Artıq məsələ ilə bağlı bir sıra beynəlxalq təşkilatlar bəyanat veriblər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar