SON XƏBƏRLƏR

Berdiməhəmmədov yenidən prezident seçildi

2021.10.20, 07:36
Berdiməhəmmədov yenidən prezident seçildi

Gunaz.tv

GünAz TV: Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov böyük səs çoxluğu ilə növbəti müddətə eyni vəzifəyə seçilib.

Türkmənistan seçki komissiyası bildirib ki, o, bazar günü keçirlilmiş seçkilərdə səslərin 97 faizini qazanıb.

Cənab Berdimuhammedovun yarışdığı digər namizədlər ona öz dəstəyini bildiriblər.

O, Türkmənistan prezidenti vəzifəsinə 5 il əvvəl siyasi islahatlar vəd etdikdən sonra gəlib, ancaq müxbirlər deyir ki, yeni lider mütləq hakimiyyətə sahib olmuş sələfi Saparmurat Niyazovun yolunu davam etdirib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı demokratik islahatların olmadığını bildirirək, seçkilərə müşahidəçilərini göndərməyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar