SON XƏBƏRLƏR

Rəsmi Bakıdan Tehrana cavab: “Bu, iftiradır”

2021.10.20, 07:36
Rəsmi Bakıdan Tehrana cavab: “Bu, iftiradır”

Gunaz.tv

GünAz TV: “Azərbaycan səfirinin çağırılıb ona nota təqdim olunması Azərbaycanın ölkə ərazisində İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin terror aktı (əməl) törətməsinin qarşısının alınması ilə bağlı notasına İran tərəfinin verdiyi absurd (puç) reaksiyadır (əksüləməldir)”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Tehrandakı səfirinin İran XİN-ə (xarici işlər nazirliyi) çağırılaraq ona nota təqdim olunmasına münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bəyan edib ki, notada Azərbaycanın İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddia həqiqətə uyğun deyil və iftiradır: “Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz”.

 E. Abdullayev mövcud durumu İranla münasibətlərdə neqativ (mənfi) bir məqam kimi dəyərləndirsə də, Bakının İranla mehriban qonşuluq əlaqələrinə tərəfdar olduğunu vurğulayıb.

 Xatırladaq ki, İran Azərbaycanı İsrailin kəşfiyyat xidməti “Mossad”ın ölkə ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə və İranın nüvə fiziklərinin qətlində əli olan terrorçuların ölkəyə azad gəliş-gedişinə şərait yaratmaqda ittiham edib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar