SON XƏBƏRLƏR

SURIYA ƏRƏB BİRLİYİNİN ZORAKILIĞA SON QOYMA ÜÇÜN VERDİYİ TƏKLİFİ RƏDD ETDİ

2021.10.20, 07:36
SURIYA ƏRƏB BİRLİYİNİN ZORAKILIĞA SON QOYMA ÜÇÜN VERDİYİ TƏKLİFİ RƏDD ETDİ

Gunaz.tv

SURIYA ƏRƏB BİRLİYİNİN ZORAKILIĞA SON QOYMA ÜÇÜN VERDİYİ TƏKLİFİ RƏDD ETDİ

Günaz TV: Suriya Ərəb birliyinin 11 aylıq zorakılığa son qoymaq üçün verdiyi təklifi rədd etmiş və söyləmiş ki, Ərəb dövlətlərinin təklif etdikləri qətnamənin Birləşmiş Millətlər Təşkilatının əmniyyət şürasında Çin və Rusiya tərəfindən veto edildiyi üçün “əsəbi reaksiya” göstərirlər.

Ərəb dövlətləri son iclaslarında təklif etdilər ki, adi insanların öldürülməsinin qarşısını almaq üçün, bir qrup beynəlxalq sülhtələb Ərəb birliyinin və Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə Suriyaya göndərilsin. Həm də Ərəb dövlətləri Bəşər Əsədin müxalifləri ilə yaxın əlaqələri olsun.

Qərb dövlətləri və Ərəb dövlətləri, Birləşmiş Millətlər Təşkilatı vasitəsi ilə daha çox təsir etmək niyyətindədirlər. Suriya isə Çin və Rusiya vetosunun yardımı və bir sıra ölkələrin dəstəyi ilə müxalifləri aradan qaldırmaq istəyir.

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar