SON XƏBƏRLƏR

Təbriz əhalisi İslam İnqilabının növbəti ildönümü mərasiminə laqeyd yanaşdı

2021.10.20, 07:36
Təbriz əhalisi İslam İnqilabının növbəti ildönümü mərasiminə laqeyd yanaşdı

Gunaz.tv

GünAz TV: İran rəjimi Təbriz əhalisini 2 gün öncə keçirilən İslam İnqilabının 33-cü ildönümü mərasimlərinə (22 bəhmən mərasimləri) cəlb edə bilmədi.

 

Rejim ətrafında beynəlxalq gərginlik yaşandığı bir dönəmdə, İranın müxtəlif şəhərləri xüsusi ilə Təbrizdə öz tərəfdarlarını xiyabanlara çıxarmaq üçün bütün vasitələrə əl atdı. Mərasimə qatılanların sirasına tanınmış şəxsləri nümayiş etdirməkdən tutmuş ta təşviq və təhdidə qədər bütün yollara əl atan rejim, Təbrizdə ancaq bir neçə min nəfəri küçələrə çıxarmağa nail oldu. Onlar da rejimin birbaşa öz əlaltılarıdır.

 

Bununlada rejimin dünyaya vermək istədiyi mesajdan daha çox, Təbriz əhalisi və Azərbaycan xalqı dünya ictimaiyyətinə mesaj verməyə nail oldu. Azərbaycan xalqı göstərdi iki, Azərbaycanla bağlı olan proseslərdə nə qədər maraqlı və aktivdirsə, molla rejimi ilə bağlı olan cərəyanlardan o qədər uzaqdır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar