SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Azərbaycanlı fəalların məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: 2011-ci avqustun 24-ü (1390-cı il şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində İftar mərasimi zamanı tutuqlanan azərbaycanlı fəalların məhkəmə iclası keçirilib.

 

Mülki vəsiqə qarşılığında azadlığa buraxılan fəallar dünən bazar günü (yekşənbə) mühakimə ediliblər. Onların ittihamlarına Təbrizin inqilab məhkəməsində baxılıb.

 

Məhkəmə iclasında Əziz Purvəli, Həsən Ərk, Musa Bərzin Xəlifəlu, Vəhid Şeyxbəyli, Mahmud Fəzli, Mustafa Əvəzpur, Murtaza Əvəzpur, Mehdi Həmidi Şəfiq, Tağı Sələhşur və Mehdi Nuri mühakimə olunublar. Onları Fatimə Sattari, Sima Bağban, Əli Abbaszadə, Yusif Molayi, Səməd Ali, Camali və Fəqihi vəkil kimi müdafiə ediblər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar