SON XƏBƏRLƏR

İRAN XARİCİ İŞLƏR NAZİRLİYİ AZƏRBAYCAN SƏFRİNƏ ETİRAZ NOTASI VERMİŞDİR

2021.10.20, 07:36
İRAN XARİCİ İŞLƏR NAZİRLİYİ AZƏRBAYCAN SƏFRİNƏ ETİRAZ NOTASI VERMİŞDİR

Gunaz.tv

İRAN XARİCİ İŞLƏR NAZİRLİYİ AZƏRBAYCAN SƏFRİNƏ ETİRAZ NOTASI VERMİŞDİR

 

Günaz TV: İran Xarici İşlər Nazirliyi, Azərbaycanın İrandakı səfiri, Cavanşir Axundovu Nazirliyə çağırıb və etiraz notasını vermişdir.

Bu  etiraz notasında əsas məsələ “ İran nüvə üzrə alimlərinin terroru ilə bağlı bir sıra terroristlərin Azərbaycana gəlib getmələri, Azərbaycandan Tel Avivə getmələri üçün bir sıra imkanlara malik olmaları və İsrail Casusluq orqanları ilə iş birliyi” olmuşdur.

İran dövləti bu iddiadadır ki, İsrailin Musadı Azərbaycan torpağından İran əleyhinə yararlanır.  İran Xarici İşlər Nazirliyi  Azərbaycan səfirini çağıraraq, Azərbaycan dövlətinin bu işlərə son qoymasını istəmişdir.  

Həm də İran mediaları “Azərbaycan Respublikasının, İslam Respublikasının  o ölkədəki qurum nümayəndələri ilə xoşa gəlməz davranışı, İrana qarşı hər gün medialarda olan təbliğlərə və  Astara- Bakı yolunda yük maşınlarının  saxlanılmasına” etiraz etdiklərini bildirmişlər.

Görünür bu etirazlar Azərbaycan Republikasının adının Quzey Azərbaycan Respublikasına dəyişdirmə istəyinin gündəmə gəldiyindən sonra artmışdır.

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar