SON XƏBƏRLƏR

Ərəb Birliyi Nöqtəni Qoydu

2021.10.20, 07:36
Ərəb Birliyi Nöqtəni Qoydu

Gunaz.tv

Ərəb Birliyi Nöqtəni Qoydu

Günaz TV: Ərəb Birliyi Suriyadakı inkişafları ələ aldığı yığıncaq sonunda, Suriya ilə əlaqələrini kəsmə qərarını aldı.

Misirin paytaxtı Qahirədə bir araya gələn Ərəb Birliyi xarici işlər nazirləri Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına Suriyaya ortaq bir beynəlxalq güc göndərməsi çağırışında oldu. Suriyadakı müşahidəçi heyətinin işlərinə də son verən Ərəb Birliyi, 24 Fevralda Tunisdə 'Suriyanın Dostları Konfransının təşkil edilməsini də qərarlaşdırdı.

Yığıncaqda Suriya ilə hər cür diplomatik əlaqənin kəsilməsi təsdiqlənərkən, bu ölkəyə sərt iqtisadi sanksiyaların tətbiq olunması istəndi.

Ərəb ölkələri tərəfindən BM Təhlükəsizlik Şurasına təqdim edilən və Suriya rejiminə istiqamətli sərt sanksiyaların gətirilməsini nəzərdə tutan qərar qanununun Rusiya və Çin tərəfindən veto edilməsi üzərinə Ərəb Birliyi üzvü ölkələr yeni axtarışlara girmişdi. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar