SON XƏBƏRLƏR

Əl-Qaidə Liderindən Suriyalı müxalifətçilərə Dəstək Gəldi

2021.10.20, 07:36
Əl-Qaidə Liderindən Suriyalı müxalifətçilərə Dəstək Gəldi

Gunaz.tv

Əl-Qaidə Liderindən Suriyalı müxalifətçilərə Dəstək Gəldi

Günaz TV: Əl-Qaidə lideri Ayman əl-Zəvahiri, Suriyadakı müxalifətçilərə dəstək verdiyini açıqladı. Əl-Qaidə lideri Ayman əl-Zevahiri, bu gün internetə yüklənən "Suriyanın aslanları, irəli !" adlı səkkiz dəqiqəlik videoda Türkiyə, İraq, Livan və İordaniyadakı müsəlmanları Suriya lideri Beşşar Esədə qarşı döyüşən suriyalılara dəstək verməyə çağırdı. O, çıxışında bu sözləri deyib : “ Müsəlman, Suriyadakı qardaşlarına əlindən gəldiyincə, həyatıyla, puluyla, fikiriylə köməkçi olmalıdır “.

"TÜRKİYƏYƏ GÜVƏNMƏYİN"

Zevahiri, suriyalı müxalifətçilərə üz tutaraq Türkiyə ilə əlaqədar da bir mesaj verib. Lider çıxışında müxalifətçilərə xəbərdarlıq edib: “Suriyadakı qardaşlarımız, nə Qərbə, nə ABŞ-a, nə Ərəb hökumətlərinə , nə də Türkiyəyə güvənməyin ! Sizə qarşı planlar etdiklərini onsuz da bilirsiniz. Ərəb Birliyinə və ona dəstək verən pozulmış hökumətlərə asılı olmayın ! “

kamera önündə çıxış edən Zevahiri deyib: “Yaralı Suriya gündən günə qanayarkən, qəssabın oğulu qəssab Esədin dayanmağa niyyəti yoxdur ! Suriyadakı insanlarımızın müqaviməti bütün ağrılara baxmayaraq davam edir, artır və böyüyür.”

Suriyalı müxalifətçilərin müqavimətdən çəkinməmələrini məsləhət verən Zevahiri, sözlərinə bunları da əlavə eləyib: “Azadlıq istəyiriksə, bu rejimdən -Esəd rejimindən xilas olmalıyıq. Ədalət istəyiriksə, bu rejimə etiraz etməliyik . Üsyanınıza davam edin və hiddətinizi qoruyun. Hörmətli və müstəqil olanlar xaricində heç bir hökumətdən yardım qəbul etməyin! S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar