SON XƏBƏRLƏR

QAHİRƏD SURİYADAKI BÖHRAN HAQQINDA DANIŞIQLAR GEDİR

2021.10.20, 07:36
QAHİRƏD SURİYADAKI BÖHRAN HAQQINDA DANIŞIQLAR GEDİR

Gunaz.tv

QAHİRƏD SURİYADAKI BÖHRAN HAQQINDA DANIŞIQLAR GEDİR

Günaz TV :Ərəb Dövlətləri Liqası ölkələrinin xarici işlər nazirləri Qahirədə keçirilən təşkilatın iclasında Suriyadakı böhranlı vəziyyət haqqında danışıqlar aparırlar.

Ötən ay Ərəb Dövlətləri Liqası Suriyadan öz müşahidəçilərini gerini çağırmışdı. Fevralın 4-də Rusiya ilə Çin Birləşmiş Millətlər Təşkilatınınn təhlükəsizlik şurasında Bəşər Əsədi istefa verməyə çağıran qətnamə layihəsinə veto elan ediblər.

Ərəb körfəzi dövlətləri hazırda zorakılıqlar davam edən Suriyadakı vəziyyətlə bağlı yeni təkliflər hazırlanması üzərində düşünürlər.

Müzakirə olunan məsələlərdən biri, Suriya Milli Şurasının rəsmi səviyyədə tanınması məsələsidir.

Suriya müxalifət nümayəndələri ötən gün ərzində Suriyada 35 nəfərin öldüyünü bildiriblər.

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar