SON XƏBƏRLƏR

Salvador miqrantlarının daha bir karvanı Meksikaya çatıb

2021.10.20, 07:36
Salvador miqrantlarının daha bir karvanı Meksikaya çatıb

Gunaz.tv

GünAz TV: Çərşənbə günü Salvadordan yola çıxan daha bir miqrant karvanı Meksika ərazisinə gəlib çatıb və Suçiate sərhəd çayını keçib.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Excelsior" portalı məlumat yayıb.

 

Karvanın tərkibinə təqribən 250 nəfər daxildir. Onlar Meksikanı keçib Amerika Birləşmiş Ştatları (ABŞ) ərazisinə düşmək niyyətindədirlər. Hazırda miqrantlar Tapaçula şəhəri istiqamətində irəliləyirlər. Burada onları Meksika Milli Miqrasiya İnstitutu və Federal polisinin əməkdaşları qarşılayacaq.

 

Hazırda Meksika ərazisi ilə ABŞ-a doğru Hondurasdan da bir neçə miqrant karvanı gedir. ABŞ hökuməti qanunsuz miqrantları qəbul etməyəcəyini bəyan edib və sərhəddə təhlükəsizliyi gücləndirib. Ağ ev aparatının rəhbəri Con Kelli Meksika ilə sərhədə yerləşdirilən Amerika hərbçilərinə zərurət yaranacağı təqdirdə atəş açmağa icazə verən memorandum imzalayıb.

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar