Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
GünAzTv Mətbuat Mərkəzinin növbəti müsahibi, yazar-araşdırmaçı Həmid Ormanlıdır.
-Həmid bəy, bu gün cəmiyyətimizdə milli düşüncənin formalaşmasında və inkişaf etməsində aşıq ədəbiyyatının rolunu necə dəyərləndirirsiniz?
- Elnur bəy, çox sağ olun ki, üzünüzü mənə tutub suallarınıza cavab axtarırsınız.Böyük məmuniyyətlə suallarınıza cavab verməyə cəhd göstərəcəm.Aşıq sənəti haqqında,onun problemləri haqqında mənə heç sual verməsəniz də olar.Nə lazımdırsa,özüm danışacam.Əvvala,onu deyim ki,aşıq ədəbiyyatı xalqımızın estetik gözəllik xəzinəsidir.Bu ədəbiyyat vasitəsilə neçə-neçə nəsillərin,dövrlərin mənəvi təcrübəsi cilalanıb,durulub,el şüurunu,milli düşüncəni inkişaf etdirib.Tarixən aşıq ədəbiyyatı elin-obanın istəklərinin həyata keçirilməsi üçün insanların ilham mənbəyi,tutalğac yeri olub.Hesab edirəm ki,aşıq ədəbiyyatı bu gün də öz sözünü deyir.Dağılmış sovetlərin vaxtında onlarla dissident aşıqlarımız olub.Cənubi Azərbaycanda aşıq ədəbiyyatının və sənətinin hünəridir ki,dilimizi diri və duru,milləti isə tətikdə saxlayır.Elə olmasaydı Azərbaycanın cənubunda 12 aşığı birdən fars rejiminin zindanına atmazdılar.Adamı yandıran odur ki,bir mən və Məhərrəmdən(Məhərrəm Hüseynli nəzərdə tutulur-red E.E) başqa heç kəs çıkkırını belə çıxarmadı.
-Hal-hazırda Azərbaycanın hansı bölgəsində aşıq sənətinin inkişafı daha çox müşahidə olunur?
- Reallıq budur ki,bu gün ən çox inkşaf Azərbaycanın güneyində müşahidə olunur.Narahatçılığım isə az qala öləziməkdə olan Dərbənd aşıq mühitindəndir.Bizdə isə təəssüflər olsun ki,aşıq sənəti demək olar öz əzəli,əsl mahiyyətini itirmək təhlükəsi ilə üz-üzədir.Adını oxucuya qısqandığım bir xanım aşığımızın(Hərçənd ki,qadından aşıq olmaz düşüncəsini bölüşürəm-red H.O.) dili ilə desək,bu tayda aşıqların sənəti,sazı,sözü ancaq “Pivəynən paydyot”.Təbii ki,5-3 istisnalar olmaq şərtiylə.
- Yüz il bundan əvvəl olan aşıq məktəbi ilə indiki aşıq məktəbi arasında fərqli xüsusiyyətlər çoxdurmu?
- Fərqli xüsusiyyətlər yerlə-göy qədərdir. Məsəlçün,ustad şəyird ənənəsi demək olar ki,itib-batıb. Sənətə yeni gələnlərin əksəriyyəti kasetdən öyrənənlərdir. Dastançı aşıqlar olub. Dastançılıq da aşıq sənətinin canının cövhəri sayılır.Aşıqları söylədikləri dastanlarla tanıyırdılar.Təəssüf ki, indikilərin repertuarında bunlar yoxdur, əvəzində varlını öyən kasıba dəyən şerlər oxuyurlar.Adicə indiki aşıqların geyiminə fikir verin,abırlı-ismətli insanların,kənd-kəsək adamlarının ətini ürpəşdirən libaslardır.Libas da ki,elə-belə şey deyil.İnsanın mahiyyətini təyin edən elementlərdən biridir və sair,və ilaxır,onlarla bu cür fərqli cəhətlər var.Yaxşısı budur,çoxusunu deməyim,haa,nə deyirsən? Qoy qazan örtülü qaynasın Elnur. Çünki Allahın bir adı da “Səttar”dır. Səttar da ayıb örtən deməkdir.
-Maraqlıdır Türkiyədə ozanların arxasında böyük kütlə ordusu durur. Yəni ozanlar cəmiyyətin milli-mənəvi ruhunun qidalanmasında, milli düşüncənin yayılmasında, vətənpərvərlik ideyalarının aşılanmasında əvəzsiz rol oynayır. Etiraf edək ki,bizdə belə deyil. Ən azından Ozan Arif, Aşıq Səfai və s. adını çəkdiyim ozanların isimləri bütün Türk dünyasında məşhurdur.
- Bəs bizim Araz Elsəsi hara qoyaq?Azmı olub Araz Elsəsin, eləcə də digər aşıqlarımızın konsertinə bilet tapmamışıq. Yaxşı yadımdadır,bir neçə dəfə Araz Elsəsin konsertini İran səfirliyinin təzyiqi ilə yarımçıq kəsdilər. İran bu gün də həmin gücünü hicab məsələsində göstərir.Türkiyədə isə millətin xidmətində duran yaşı bir əsrə çatan oturuşmuş bir demokratik dövlətçilik təcrübəsi var.Aşığın ekran-efir,disk buraxdırmaq problemi yoxdur. “Vətən” kimi sırf aşıq sənətinin təbliği ilə məşğul olan baxımlı televiziya kanalları var. Bəs bizdə... biz də dünən-sırahayın dövlətmizi bərpa etmişik...Birdə bir məsələdə var ki,bizim indiki gəncliyin ümumi mədəni səviyyəsi də o qədər ürəkaçan deyil.Əyri oturaq düz danışaq sənətin və sənətkarın lazımınca qavranılmasında və düzgün qiymətləndirilməsində tamaşaçı şəxsiyyətindən,onun zövqündən,ruhundan,qanından,mədəni səviyyəsindən də çox şey aslıdır.
-Aşıqlardan ən çox kimi dinləyirsən?
- Bu gün usdad aşığımız Əli Quliyevin sənətinin bala-bəhməzə dönən vaxtıdır.Eləcə də bəynişan qırımınnan,ağayana duruşunnan,şirin söhbətinnən,qos-qoca çalğısınnan və ifasınnan,Türk dünyasının böyük ozanı Hüseyn Saraçlının son şəyirdi Murad Kövrəyin tayı-bərabəri yoxdur.Bu gün ondan nələrisə əxz eyləyib öyrənmək əvəzinə,adını sazbənd qoyub səhnədən qırağa çəkmək xuliqanlıqdır.Aşıq Cahangirə,Tərmeyxan Qasımlıya,Qərib İncəliyə,Şaiq Kəmərliyə, Nazim Əsədoğluna, Firdovsi Mülkülüyə, İlham Astanbəyliyə, Əşrəfə,İmamalıya bir də gənc aşıq dosdlarımdan Şəhriyara, Raminə,Sənana,Astanbəyli Samirə (ona da Dimok deməsən kəndlərində heç kim tanımayacaq) qulaq asmaqdan doymuram.O taydan da onlara qurban olum kövrəlməyib özümü saxlaya bilsəm hamsını dinləyirəm.
- AAB-nin maliyyə dəstəyi ilə işıq üzü görən Musa Nəbioğlunun müəllifi olduğu “Ozan-aşıq dünyası” fotoalbom kitabı qalmaqala səbəb oldu.Siz hansı tərəfi haqlı olduğunu düşünürsünüz?
- Həmin fotoalbomla məndə tanışam. Layihənin rəhbəri hörmətli xalq şairimiz Zəlimxan Yaqub,rəyçilər isə ünlü alimimiz prof Məhərrəm Qasımlı ilə fil.elm.namizədi Elxan Məmmədlidir. Düzdür, kitabda bəzi xırda-para nöqsanlar var. Ancaq, tənqidlər heç də xoş niyyətli deyildir.Görünür,hələ də görülən işlərə qara yaxmağı tərgidə bilmirik. Əsas odur ki güllə də tanışdır lülə də.
-Xeyli vaxtdır mərhum Akif Səmədin şerlər kitabının nəşrinə çalışırsan.İnşallah oxucuları nə vaxt sevindirməyi düşünürsünüz?
- Kitabı tək mənim yox Akif Səmədin bütün dostlarının yaxından qatqısı sayəsində araya-ərsəyə gətirməyi düşünürük.İnşallah tezliklə yəqinki bir tərslik olmasa ay yarım vaxt ərzində kitabı oxucuların ixtiyarına verəcəyik.Daşın ovucuna bir toxumluq dən düşüb,ya şitil.Dolu döyür,külək əyir,qar üşüdür,bürkü tövşüdür.Ancaq bitir bu ağac.Nələr çəkə-çəkə, böyüyür bu ağac.Allah kəsməsin elə böyüməyi.Daş ayağından çəkir,kökünü əzir,bulud başından basır,ağ yel sağa əyir,qara yel sola.Qırır budaqlarını,tökür çiçəklərini.Bax o ağac mənəm deyirdi bütövləşmiş türk aydını,mürşüdüm şair Akif Səməd.34 yaşıma bir kitab əta etdilər. Səhifələrini enindən kəsdilər, uzunundan aldılar, sayını azaltdılar. Tirajının üstündə əsdilər,əsdilər nəhayət kəsdilər.Bax, o mənim kitabımdı deyirdi mürşüdüm Akif Səməd.Yazıçılar birliyində dedilər; Kitabın çıxmayıb üzv ola bilməzsən. Nəşriyyatda dedilər; Yazıçılar İttifaqının üzvlərinin kitabını çap edirik, ancaq! Deyirdi-Akif Səməd. Heç vaxt kitabı çıxanda sevinməyə qoymadılar Akif Səmədi. Mənim hər yeni çap olunan kitabım yalnız oxucularımın sevinci üçündür deyirdi. İndi də biz Akif sevərlər Akif Səmədin ruhunu sevindirmək istəyirik.Azca da olsa ruhunu sevindirə biləciksə,bərəkət!
Söhbətləşdi: Elnur Eltürk
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib