SON XƏBƏRLƏR

Toni Bleyr : «İranla açıq qarşıdurmaya hazırlıq görülməlidir»

2021.10.20, 07:36
Toni Bleyr : «İranla açıq qarşıdurmaya hazırlıq görülməlidir»

Gunaz.tv

GünAzTv: Tehran hakimiyyəti atom-nüvə proqramı lə bağlı danışıqların Türkiyə ərazsində keçirilməsini təklif edirdi. Beynəlxalq ictimaiyyət adından vasitəçi, «altılıq» onun bu istəyinə etiraz etmədi.

Ötən həftənin sonunda görüş başa çatdı.

Danışıqlardan öncə Tehran hakimiyyəti əks tərəfi, özəllkilə rəsmi Vaşinqtonu, prezidenti Barak Obamanı İslam Respublikasının rəhbərliyi ilə problemələri daşınıqları yoluna qoyağacı barədə verdiyi sözə əməl etməməkdə qınayıb.

İranın BMT-dəki (Sazemane Melele Mottəhed) təmsilçisi Məhəmməd Xəzai bildirib ki, İstanbul görüşündə ölkəsinə «hörmət və düzgün» yanaşılmasını istədiklərini vurğulamışdı. O, danışıqlar İranın atom-nüvə proqamı ətrafında yaranmış münaqişənin dayanması üçün şərait yarada biləcəyini vurğulaşmışdı.

Amma İstanbul görüşündən sonra nüvə proqramı ilə bağlı İranın ABŞ-la (Amerika Birləşmiş Ştatları) ikitərəfli danışıqlar aparmaq təklifindən imtina etdiyi barədə xəbərlər yayıldı.

Bu təklif İstanbulda keçirilən görüş zamanı altılıq ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) tərəfindən ortaya atılıb.

Vaşinqton-Tehran formatında danışıqlar keçirilməsini ilk olaraq, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Marqaret Eşton irəli sürüb. O, həm də «altılıq» ölkələrinin sədridir.

AB (Avropa Birliyi) təmsilçisi İranın nüvə proqrammı ilə bağlı danışıqların dayanmasından təssəüfləndiyin gizlətməyib. Onun deyib ki, Tehranın «təklifləri qəbuledilməzdir». K.Eştonun sözlərinə görə, hazırda tərəflər arasında danışıqların növbəti mərhələsi planlaşdırılmır: «Altılıq» nüvə proqrammı ilə bağlı İranın mövqeyindən məyus olub. Qərbin vəzifəsi Tehranı atom proqramını davam etdirməyə qoymamaqdır».

Xatırladaq ki, İranın nümayəndə heyəti ilkin şərt kimi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaların ləğvini, eləcə də İslam Respublikasının müstəqil şəkildə uranı zənginləşdirmək hüququnun tanınmasını israr edib.

İslam Respublikasının danışıqlardakı  nümayəndəsi qəti şəkildə bildirib ki, onlar uranın zənginləşdiriməsi istiqamətindək fəaliyyətlərini dayandırma və ya onu dondurmaq məsələsini müzakirə etmək niyyətində deyillər. Bundan başqa Tehran təmsilçisi əks tərəfi ittiham edərək, «qərbliləri sərt mövqeyi ucbatından danışıqların dalan girdiyini» bildirib.

Ancaq İranın danışıqlardakı nümayəndəsinin müavini Əbülfəz Zöhrəvənd bu təklifin İstanbulda keçirilən danışıqların formatına uyğun gəlmədiyi təqdirdə, ona ehtiyac da olmadığını vurğulayıb.

Əslində Tehran hakimiyyətinin problemlə bağlı danışıqları uzatmaq istəyi kimsə də şübhə doğurmurdu. Çünki İstanbul görüşündən öncə ölkənin danışıqlardakı təmsilçisi Ələsgər Soltaniya bildirmişdi ki,onlar uranı zənginləşdirməkdən imtina etmək niyyətində deyillər, ancaq Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı davam etdirəcəklər.

Danışıqlar başlayan gün İran prezidenti Mahumd Əhmədinejad Yəzddəki çıxışında qərbliləri günahlandıraraq, bildirmişdi : «Qərblilər İranın nüvə dövlətinə çevrilməməsi üçün var gücü ilə çalışdı. Ancaq arzularına çata bilmədilər. İran atomlu dövlətdir və artıq geriyə yol yoxdur».

İstanbul görüşü başa çatandan sonra İranın Rəşt şəhərindəki çıxışında o, məsələ ilə bağlı Qərb müzkirələrin davam edəcəyinə «ümidvar olduğunu» söyləyib.

İran prezidentinin qənaətincə, danışıqların uğursuz sonucuna görə məsuliyyət «mədəniyyətsiz sionistlərin» və onların qərbli müttəfiqləri daşıyır. Onun sözlərinə görə, problemin həll edilməməsi İsrailə «sərfəlidir».

Britaniyanın keçmiş baş naziri, Yaxın Şərq üzrə kvartetin özəl elçisi Toni Bleyr danışıqların nəticəsiz bitdiyini dəyərləndirərək bəyan edib ki, İranla açıq qarşıdurmaya hazırlıq davam etməlidir.

«Ekstremistlərə nəzarət bizim vəzifəmizdir. Onlarla qarşıdurmalı və onları dəyişməliyik. İran bu gün terrorçuluğu dəstəkləyən birinci dövlətdir. Qərb başını qumdan çıxarmalıdır. Onlar qəti şəkildə bizim həyat tərximizi qəbul etmir. Onlar dayanmayacaq.Qoy, lap zor gücünə olsun. Ancaq biz bir yerdə onlara qarşı durmalıyıq»-deyə, İngilətərədə çıxan «San» qəzetinə müsahibəsində T.Bleyr bildirib.

Danışıqlar başa çatan günü Çinin İslam Respublikasından iri həcmdə xam neft alışını bərpa etdiyi barədə xəbərlər yayılıb.

«Röyter»in məlumatına əsasən, Çinin «Zhuhai Zhenrong» dövlət şikrəti gündə 240 min barrel neft alacağına dair İranla müqavilə imzalayıb. Ötən ilin sonunda isə bu ölkənin başqa bir dövlət şirkəti «Sinopec Corp»  İslam Respublikasından gündə 220 min barrel xam neft alacağı haqda müqavilə imzalandığını bəyan etmişdi.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı və Anqoladan sonra İran Çinə həcminə görə neft ixrac edən üçüncü dövlətdir. Keçən il kommunist rejimi İslam Respublikasından gündəlik 430 min barrel neft idxal edib.

«Deutsche Welle» Almaniya informasiya vasitələrinə istinad edərək, bildirib ki, ABŞ Dövlət Departamentinin gizli diplomatik sənədində  BMT Təhlükəsizlik Şurasının sanksiyalarından yayınması və nüvə proqramını dayandırmaması üçün Çinin İranı dəstəklədiyi vurğulanıb.

Sənəddə bildirilib ki, ABŞ tərəfi Çin məmurlarını bu ölkədən raket texnologiyasının İrana sızması haqda məlumatlandırsa da, Pekin bu informasiyaları nəzərə almır, ya az önəm verir, ya da gördüyü tədbirlər barəsində məlumat vermir. Departamentin sənədində o da vurğulanıb ki, İslam Respublikasının iqtisadiyyatı çökməmiş İran prezidenti Mahmud Əhmədinejad atom bombası əldə etməyə çalışır.

Məsələyə Rusiyanın mövqeyi də az önəm daşımır. Bu ölkənin xarici işlər naziri Sergey Lavrovun bəyanatı bir çoxunun heyrətinə səbə olub. «Görüşdə İranın nüvə proqramı ilə bağlı həll edilməyən məsələlər deyil, bu ölkəyə qarşı beynəlxalq sanksiyaların təxirə salınması da müzakirə edilməli idi»-deyə, rusiyalı diplomat bildirib.

Baş verənlərdən göründüyü kimi Rusiya və Çinin mövqeyi əvvəl ki təki yenə dolyaı yola İran hakimiyyətini dəstəkləməkdir. Bu baxımdan məsələnin heç də yalnız atom-nüvə proqramı ilə bağlı olmadığı  meydana çıxır. Əks halda Tehran hakimiyyətinin bu proqramı başa çatdıması, yaxud atom silahı əldə etməsi həm də Moskva və Pekinin maraqlarına ziddir. Ona görə də ehtimal etmək olar ki, Tehran rejimi Qərbdən hakimiyyətinin dəyişdirilməməsi, yaxud onun hədəf olmaması üçün təminat istəyir.

Pekin və Moskva isə İran qarşı təzyiqlərin növbəti mərhələsinə görə, ABŞ başda olmaqla onun müttəfiqlərindən əlavə güzəştlər umur. Nəzərə almaq lazımdır ki, Ələsgər Soltaniya İstanbul görüşündən bir gün öncə Moskvada səfər olmuşdu. Oradakı görüşlər zamanı tərəflərin eyni mövqeydən çıxışına dair müzakirə apardığı da güman edilir. Elə S.Lavrovun bəyanatındakı «sanksilyarın təxirə salınması» ifadəsi Tehranın ilkin şərtləri ilə oxşardır.

 

Bu baxımdan yaxın aylarda Amerika və Avropa Birliyi dövlətlərinin Tehran hakimiyyətinə qarşı yeni qadağalar tətbiq edəcəyi istisna edilmir. Həmin sanksiyalardan isə Rusiya və Çinin də ziyan görəcəyi ehtimal az deyil.  Sədrəddin Soltan

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar