SON XƏBƏRLƏR

İranda diplomatik üsyan - daha bir İran diplomatı Qərbə üz tutdu

2021.10.20, 07:36
İranda diplomatik üsyan - daha bir İran diplomatı Qərbə üz tutdu

Gunaz.tv

GünAzTv: İran müxalifətinin təmsilçiləri deyirlər ki, Belçikada olan İran diplomatı Fərzad Fərhəngiyan istefa verib.

GünAzTv mətbuat mərkəzinin “Azadlıq radiosu”-na istinadən yaydığı məlumata görə, Yaşıl dalğa müxalifət hərəkatı deyir ki İranın Brüsseldəki səfirliyinin yüksək rütbəli diplomatı Fərzad Fərhəngiyan ötən beşinci günü Osloya gedib.

Norveçdə keçmiş İran konsulu Məhəmməd Rza Heydəri təsdiqləyib ki, Fərhəngiyan səfirliyi məlumatlandırdıqdan sonra oranı tərk edib və bu barədə heç kəsə bir söz demədən bura gəlib. Heydərinin özü də bu ilin yanvar ayında istefaya gedib və Norveçdən sığınacaq alıb. İranın Finlandiyadakı səfirliyinin yüksək rütbəli məsləhətçisi Hüseyn Əlizadə də İranda mövcud vəziyyətə etiraz olaraq istefa veriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar