SON XƏBƏRLƏR

Amerikadan İrana daha bir iqtisadi zərbə

2021.10.20, 07:36
Amerikadan İrana daha bir iqtisadi zərbə

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) sentyabrın 29-dan etibarən İran xalçalarının, xüsusilə əllə toxunulmuş xalçaların hər hansı bir şəkildə ABŞ ərazisinə daxil olmasına qadağa qoyub.

 İranın xalça idxalı və ixracı sektoru üzrə qurumun rəhbəri Əkbər Herisçi bildirib ki, bu, Tehran üçün gözlənilməz bir xəbərdir. Hazırda küllü miqdarda xalça ABŞ-a xalça ixrac edənlər tərəfindən gömrükdə saxlanmaqdadır. Hazırda xalça ixracı ilə məşğul şirkətlər analoji addımın Avropa ölkələri tərəfindən atıla biləcəyindən narahatlıq keçirirlər. Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın prezidentliyi dövründə də İran xalçalarının ABŞ-a ixracına 14 il müddətində qadağa qoyulmuşdu. itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar