TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
GünAzTv mətbuat mərkəzi tarix elmləri doktoru Cəmil Həsənlinin APA-ya verdiyi müsahibəsini olduğu kimi təqdim edir.
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Azərbaycanın dövlətçilik tarixi: Bilmədiklərimiz” layihəsi çərçivəsində tarix elmləri doktoru Cəmil Həsənlinin APA-ya müsahibəsi...
- Cənubi Azərbaycanın Azərbaycan dövlətçilik tarixində rolunu və yerini necə qiymətləndirirsiniz? - Cənubi Azərbaycanın dövlətçilik tariximizdə yeri ifadəsi şərti xarakter daşıyır və bu, yalnız son iki yüz ildə formalaşan coğrafi anlayışlar baxımından meydana çıxıb. Əslində isə uzun minilliklər boyu Azərbaycanın cənubu da, şimalı da vahid coğrafi hüdudlar, eyni sosial-siyasi atributlar və geniş bir mədəniyyət arealı kimi tarixi prosesi yaşamışdır. Cənubi Azərbaycan anlayışı XIX əsrin əvvəllərində rusların Qafqazı fəthindən sonra meydana çıxmış və tarixi dövriyyəyə daxil olmuşdur. Həmin tarixi mərhələyə qədər şimal və cənub anlayışları sırf coğrafi xarakter daşıyıb. Yalnız 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra bu coğrafi anlayışlar siyasi məzmun kəsb etməyə başlayıb. Əgər söhbət XIX əsrin birinci yarısına qədərki tarixi mərhələdən gedirsə, Cənubu Azərbaycan dövlətçilik tariximizdə “cənub” missiyasını deyil, Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi və mədəni mərkəzi olmaq missiyasını yerinə yetirirdi.- Cənubi Azərbaycanda dövlətçilik tarixi barədə danışarkən haradan başlamaq lazımdır? - Əslində, birinci sualdakı izahdan sonra “Cənubi Azərbaycanda dövlətçilik tarixi barədə” danışmaq ifadəsindən çəkinmək lazımdır. Görünür, iki yüz ilin coğrafi ayrıntılarının siyasi məzmun kəsb etməsi o qədər dərin ideoloji sarsıntılardan keçib ki, Azərbaycanın qədim dövlətçilik tarixindən danışarkən də biz avtomatik olaraq “cənub” və “şimal” ifadələrindən istifadə edirik. Bu, bizim beynimizə oturmuş indiki sərhədlərin, Araz xətti üzrə müəyyən edilmiş şərti sərhədlərin Azərbaycanın hüdudlarının tamamilə fərqli mənzərəsini özündə ehtiva edən siyasiləşdirilmiş modelidir. Vaxtilə, səhv etmirəmsə, hələ ötən əsrin 70-ci illərində, o zamanın gənc, indinin isə xalq şairi olan Sabir Rüstəmxanlının təxminən yadımda qalan belə bir şeiri var idi:Bu Vətən deyilən dünyam sirlidir,Bir paytaxtı sevinc, bir paytaxtı qəm. Bu Vətən torpağı çox qəribədir,Hələ sərhədini tapa bilmirəm...Hardan tapacaqsan sərhədlərini? Əmrahın sazından keçirsə əgər,Dərbənddə Pərvanə adlanan qızın,Çağlayan gözündən keçirsə əgər,O şəkər dillərin belini bükən,Şəhriyar sözündən keçirsə əgər,Şumerdən adlayan on min il yaşlı,Nənə kəlməsindən keçirsə əgər... Siyasi çəpərləmələrin millətin mənəvi bütövlüyünü, mənəvi hüdudlarını onun yaddaşından silməməlidir. Və bu mənəvi sərhəd anlayışını biz bütöv olaraq tam olaraq öz içimizdə yaşatmalıyıq. Necə ki, taleyinə ayrılıq yazılmış bir sıra xalqlar bu tarixi təcrübəni uğurla sınaqdan keçiriblər.Azərbaycanın dövlətçilik tarixinin haradan başlanmasına gəldikdə isə deməliyəm ki, rəhmətlik professor Yusif Yusifovun və vaxtsız dünyasını dəyişmiş çox dəyərli tarixçimiz Mirheydər Mirzəyevin bu istiqamətdə tədqiqatları bizim tarixi təsəvvürlərimizi xeyli dərinləşdirdi. Aratta dövləti, Lulibey ve Kuti tayfalarının tarixi proseslərdə iştirakı Azərbaycan dövlətçiliyinin tarixinin eramızdan əvvəl IV-III minilliklərə gedib çıxdığından xəbər verir.- Azərbaycanın tarixi dövlətlərinin böyük əksəriyyəti məhz Cənubi Azərbaycanda meydana gəlib. Sizin fikrinizcə, həmin dövlətilər tam olaraq tədqiq edilibmi? - Azərbaycanın qədim dövlətlərinin çoxu Cənubi Azərbaycanda meydana gəlib deyəndə nəzərə almaq lazımdır ki, həmin dövrlərdə coğrafi anlayış kimi Araz çayı üzərində qurulmuş sərhəd bölgüsü anlayışı yox idi və elə həmin dövlətlərin bir hissəsi Azərbaycanın cənubu və şimalı da daxil olmaqla tarixi ərazilərinin bir hissəsini əhatə edirdi. Axı, Atabəylər dövlətinin hüdudlarına bugünkü Naxçıvan Muxtar Respublikasının sərhədləri çərçivəsində baxıla bilməz. Həmin hüdudlar bugünkü sərhədlərdən çox geniş idi. Azərbaycanın qədim və orta əsr tarixində mövcud olmuş dövlətlərin tarixinin öyrənilməsi baxımından çox işlər görülüb. Xüsusilə bizim arxeoloqların bu istiqamətdə tədqiqatları əvəzsizdir. Sözün tam mənasında ötən əsrin 50-ci illərinin ikinci yarısından başlayaraq bu günə qədər arxeoloqlarımız Azərbaycan ərazisində mövcud olan qədim dövlətlərin maddi-arxeoloji sübutlarını ortaya qoya biliblər. Orta əsr Azərbaycan dövlətlərinin tarixinə gəldikdə isə təəssüf hissi ilə qeyd etməliyəm ki, 20 ilə yaxın müstəqil olmağımıza baxmayaraq, mərhum akademik Ziya Bünyadovun, Həzi Abdullayevin, Məmməd Şəriflinin, Əbdülkərim Əlizadənin, Petruşevskinin, Sara Aşurbəylinin, Mikayıl Heydərovun ötən əsrin 50-70-ci illərdə yazdıqları əsərlərdən güclü bir şey ortaya qoya bilməmişik. Bu istiqamətdə V. Piriyevin araşdırmaları istisna olmaqla digər araşdırmaların yuxarıda adlarını çəkdiyim böyük alimlərin tədqiqatlarından irəli getdiyini demək çətindir. Lakin Z. Bünyadovun təkrarsız kitablarından başqa demək olar ki, yuxarıda adlarını sadaladığım alimlərin Azərbaycan tarix elmi üçün bu gün də öz əhəmiyyətini saxlayan əsərləri müstəqillik dövründə təkrar nəşr olunmayıb. - Farslar həmişə Səfəvilər dövlətinin onlara məxsus olduğunu iddia edirlər. Bu iddialar haradan qaynaqlanır və Azərbaycan tarixçiləri bu iddianın əsassız olduğunu sübut edə biliblərmi? - Səfəvi dövlətinin çıxış nöqtəsini Azərbaycan təşkil etsə də, sonralar onun hüdudları çox genişləndi, farsı da içinə aldı, ərəbi də, bəlucu da, regionda yaşayan digər xalqları da. Amma bu dövrün mükəmməl tarixi mənzərəsini yaratmış Oqtay Əfəndiyevin yazdığı kimi, Səfəvi dövlətinin nüvəsini türk etnosu, türk əxlaqı, türk mədəniyyəti və mənəviyyatı təşkil edirdi. İran alimləri bu məsələni daha çox zaman keçdikcə Səfəvi sarayında güclənən fars dili izah etməyə çalışırlar. Axı elə Dövləti Aliyeyi Səfəviyyə dövründə mövcud olmuş Avropanın əksər böyük dövlətlər latın dilində məktublaşırdılar və ya rus sarayında fransız dilində danışırdılar. Digər tərəfdən, XX əsrdə millətçiliyin gətirdiyi milli xüsusiyyətləri olduğu kimi keçmiş tarixə tətbiq etmək düzgün deyil. İstəsək də, istəməsək də, bir sıra məqamlarda biz farslarla ortaq mədəniyyətin varisləriyik. Bunu etiraf etmək çətin olsa da, ilk orta əsrlərdən bəri keçib gəldiyimiz tarixi yolun məntiqi yekunu bundan ibarətdir. Digər tərəfdən, Səfəvi zamanında ümmət anlayışı millət anlayışından öndə gedirdi və belə də olmalı idi. Burada milli kimlik axtarmaq mənasız bir şeydir. Amma hakim elitanın mənəvi dünyası Şah İsmayıl Xətainin “Dəhnamə”sindən keçirdi.Qış getdi yenə bahar oldu,Gül bitdi və laləzar oldu.Quşlar namusu fəqanə düşdü,Eşq odu yenə bu canə düşdü. - XX əsrin birinci yarısında Cənubi Azərbaycanda milli dövlətin yaradılması üçün başlayan hərəkatların süquta uğramasına səbəb nə oldu? - XX əsrin birinci yarısında Cənubi Azərbaycan üç böyük inqilabi hadisələr dövrünü yaşadı: Sərdari Milli Səttarxanın rəşadətinə söykənən Məşrutə hərəkatı, Şeyx Məhəmmədin demokratiyaya sayğısına söykənən Xiyabani hərəkatı və bir də Seyid Cəfər Pişəvərinin milli ideallarına söykənən 21 Azər hərəkatı. Bu üç hərəkat içərisindən “milli dövlət” anlayışını ancaq üçüncüyə, 21 Azər hərəkatına aid etmək olar. Sərdari Milli silaha, Xiyabani isə demokratiyaya İranı azad edəcək qüvvə kimi baxırdı. Milli taleyin müəyyən edilməsi, milli dövlətin qurulması və 3-5 il zaman fasiləsində hər iki Azərbaycanın bir dövlətdə birləşməsi ideyası Pişəvəri hərəkatında qoyulmuşdu. Pişəvərinin şəxsiyyətinin və 21 Azər hərəkatının Sovetlər Birliyi dağıldıqdan sonra cazibə mərkəzinə çevrilməsi həmin hərəkatın milli qayəsi ilə bağlıdır. Bununla belə, Sərdarın rəşadəti, Şeyxin demokratiyanı iman kimi qəbul etməsi və Azərbaycan Xalq Cümhuriyyətinin iki illik tarixi təcrübəsi çoxları üçün coğrafi anlayış olan Azərbaycan kəlməsinə siyasi məzmun verdi. XX əsr İranın məşhur tarixçisi Seyid Əhməd Kəsrəvi yazırdı ki, bütün müsəlman dünyasının qibləsi Məkkədə olduğu halda, Şimali Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra Tehran ehtiyat edirdi ki, Təbriz öz qibləsini şimalda - Bakıda tapsın. Çox sərrast deyilmiş fikirdir. Bu gün Səfəvi dövlətinin kimə məxsusluğu üstündə Azərbaycan tarixçiləri ilə İran tarixçiləri arasında dərinləşən mübahisələrin pərdəarxası məqamları da məhz bununla müəyyən edilir. Pişəvərinin milli hökumətinin süqutu isə onun 50 il dünyanı gərginlikdə saxlayan Qərb-Şərq qarşıdurmasının sınaq meydanına, soyuq müharibənin ilk çıxış nöqtəsinə çevrilməsi ilə bağlı idi. Çoxları izah etməyə çalışırlar ki, sovet rəhbərliyində Stalin, Beriya, Mikoyan kimi adamların olması buna mane oldu. Bunlar hadisələrin asan yozumundan başqa bir şey deyil. 1945-1946-cı illərin Azərbaycan məsələsi şəxslərin şıltaqlığından daha çox, beynəlxalq səngərləşmənin mərkəzi məsələsi idi.- Hazırkı İran dövlətində tarixən Cənubi Azərbaycanda yaranmış Azərbaycan dövlətlərinin təcrübəsindən istifadə olunurmu? - Bəzi istifadə edilən məqamlar var. Məsələn, İranda qadınlara seçki hüququ ilk dəfə olaraq Cənubi Azərbaycan Milli Məclisinə seçkilərdə verildi. İndi bu hüquqdan bütün İran qadınları istifadə edir. Yaxud müstəbid Rza şahın heykəlləri ilk dəfə olaraq 1945-1946-cı illərdə Cənubi Azərbaycanın hüdudlarında yıxıldı. İran İslam Respublikası bunu bütün İran ərazisində həyata keçirdi. Bu gün İranda həyata keçirilən sosial işlərin - yol çəkilməsi, körpü salınması, küçələrin abadlaşdırılması, hər iki valideynini itirmiş uşaqlar üçün pərvəriş evlərinin açılması kimi xeyirli əməllərin bünövrəsini Azərbaycan milli hökuməti qoymuşdu.- Hazırda İran dövlətinin tərkibində azərbaycanlılarla bərabər digər xalqlar da yaşayırlar. Onlarla müqayisədə azərbaycanlılara qarşı ayrı-seçkiliyin, təqib və təzyiqlərin olmasına səbəb nədir? - İranda rəsmi ayrı-seçkilik daha çox dini təməl üzərində qurulur: Müsəlman olanlar və müsəlman olmayanlar. Müsəlman əhalisi arasında milli kimlik müəyyənedici amil sayılmır. Dini etiqad birliyi və islami inanclar milli kimlik anlayışını arxa olana keçir. Lakin insanlar öz milli kimliklərinə tapındıqca bu məsələ daha qabarıq formada gündəliyə gəlir. Məsələn, bir neçə il əvvəl baş vermiş karikatura əhvalatı azərbaycanlıların milli hisslərinin nə qədər həssas olduğunu və necə böyük bir potensiala malik olduğunu ortaya qoydu. Bir şeyi nəzərə almaq lazımdır ki, İranda milli kimliyə görə iqtisadi ayrı-seçkilik yoxdur. Bir sıra məqamlarda bu, müəyyənedici amildir. Milli ayrı-seçkilik iqtisadi ayrı-seçkiliklə müşayiət edildikdə dağıdıcı qüvvəyə çevrilir. Bütün azadlıqların bünövrəsində iqtisadi azadlıqlar dayanır. İqtisadi azadlıq, mülkiyyət azadlığı olmadan qalan bütün azadlıqlar deklarativ xarakter daşıyır.- Zaman-zaman İran dövlətçiliyinin idarə olunmasında, möhkəmlənməsində Azərbaycan türkləri də iştirak edib. Siz bu prosesdə azərbaycanlıların iştirakını, İran dövlətçiliyinin möhkəmlənməsində onların rolunu necə qiymətləndirirsiniz? - İran onlar üçün vətən olub və bu gün də vətən olaraq qalır. Bu vətəndə onların payları var və bəzən səhv olaraq İranı ancaq farsların vətəni hesab edirlər. Əslində isə İran nə qədər farslarındırsa, bir o qədər də türklərindir. Vaxtilə qacarlar ona görə hakimiyyətdən getdilər ki, onlar millətləşmə əsrinin tələblərini anlamayıb özlərinə sosial dayaqlar yaratmadılar. Qacarların sonuncu nümayəndəsi Əhməd şah çox gənc yaşlarında Avropaya gedib ayrı bir dünyaya düşmüşdü. Amma çox təəssüf ki, Əhməd Mirzə o dünyanın yalnız eyş-işrət tərəfini görə bilmişdi. Qacar səltənəti üçün təhlükə yarananda bibisi, yəni Məmmədəli şahın bacısı Fəxürülsəltənə ona məktub yazıb dedi ki, gəlin bu taxt-taca sahib durun, əgər sahib durmasanız alacaqlar əlinizdən. O isə cavabında yazdı ki, “bibi, Allaha and olsun, İsveçrə bazarında göyərti satmaq İranda şah olmaqdan yaxşıdır”. Yaxud 1941-ci ildə müttəfiqlər İrana daxil olanda ilkin plan pəhləviləri devirib Qacar sülaləsini bərpa etmək idi. Lakin britaniyalıların gizli araşdırmaları zamanı məlum oldu ki, sonuncu Qacar şahzadəsi ölkədən o qədər uzaqlaşıb ki, hətta fars dilini belə bilmir. Bunlar tarixdən elə də yaxşı nümunələr omasa da, bu bir həqiqətdir ki, İran dövlətçiliyinin ağırlıq yükü bir qayda olaraq türklərin çiynində olub və hətta bu yükü daşıyanlar bir çox hallarda öz milli kimliklərinə tapınmasalar belə.
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko