SON XƏBƏRLƏR

Azərbaycanlı qıza 6 ay həbs cəzası verildi

2021.10.20, 07:36
Azərbaycanlı qıza 6 ay həbs cəzası verildi

Gunaz.tv

GünAzTv: Təbriz Azad universitetinin qız öyrəncisi xanım Fatimə Nəsirpur sistemin əleyhinə təbliğ və millətçilik ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib.

 

Təbriz Azad universitetinin öyrəncisi Xanım Fatimə Nəsirpur,  Arman öyrənci icmasında fəaliyyət göstərdiyi üçün qeyd etdiyimiz ittihamlarla suçlanır.

 

GünAzTv mətbuat mərkəzinin “Güney Azərbaycan Portalı” saytına istinadən yaydığı məlumata görə, Nəsirpur Mərənd şəhərindəndir. O bir nüçə ay öncə qanuni dərgini çap etdiyi üçün ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanmışdı.

 

Nəsirpur haqqında çıxarılan 6 ay həbs hökmü artıq ona elan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar