SON XƏBƏRLƏR

Barak Obama: "Amerikanın düşməni İslam deyil"

2021.10.20, 07:36
Barak Obama: "Amerikanın düşməni İslam deyil"

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama, “Amerikanın düşməni İslam deyil, “Əl Qaidə” və digər radikal qruplardır” deyə bəyan edib.

 

Ağ Evdə mətbuat konfransı keçirən Obama, Floridada bir rahibin Quran-i Kərimi yandırma cəhdini və 11 sentyabr terror hücumu nəticəsində yıxılan əkiz qüllələrin yaxınlığında məscid tikilməsi planlarını şərh edib.

 

“Xalq, ölkənin düşməninin İslam olmadığını, “Əl Qaidə” və radikal qrupların olduğunu anlamalıdır” deyən Obama, amerikalıların bir-birinə qarşı mübarizə aparmayacağını, qorxu və narahatlıqların bölünməyə yol açmasına izn verilməyəcəyini bildirib. Obama amerikalıları dini cəhətdən tolerant olmağa səsləyib.

 

Obama Quranın yandırılmasının radikal islamçı dini qruplar üçün fürsət olduğunu və xaricdəki amerikalıların həyatını təhlükəyə atdığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar