SON XƏBƏRLƏR

Ermənistan mətbuatı geri götürülmüş qətnamə ilə bağlı nə yazır?

2021.10.20, 07:36
Ermənistan mətbuatı geri götürülmüş qətnamə ilə bağlı nə yazır?

Gunaz.tv

GünAzTv: Rəsmi Bakı qətnamə layihəsini geri götürməsini bununla izah edir ki, ATƏT-in Minsk Qrupu sentyabrın axırlarında Ermənistan qoşunlarının işğalı altında olan ərazilərdə fakttoplama missiyasına başlayacaq.

Ermənistan mətbuatı yazır ki, Azərbaycanın Dağlıq Qarabağa dair qətnamə layihəsini son anda BMT Baş Assambleyasının müzakirəsindən geri götürməsi qoşunların təmas xəttində sentyabrın axırlarına nəzərdə tutulmuş monitorinqlə əlaqədardır.

“Hayots Aşxar” qəzeti yazır ki, Dağlıq Qarabağ məsələsini vaxtaşırı başqa-başqa beynəlxalq qurumlara ötürməklə Azərbaycan ATƏT-in Minsk Qrupunun “əsəblərilə oynayır”.

Qəzet yazır ki, münaqişənin çözümünün formatının hər hansı bir şəkildə dəyişdirilməsi cəbhə bölgəsində gərginliyi son dərəcə artıra bilər.

Qəzet yazır ki, Azərbaycanın manevrlərinə müvafiq cavab üçün Yerevanın imkanları var və prezident Sarkisyanın işarə etdiyi kimi bunlardan biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən tanınmasıdır.

Yerevanda mənzillənmiş Qafqaz İnstitunun direktoru Aleksandr İskəndəryan bildirir ki, Azərbaycanın qətnamə layihəsini geri götürməsi Ermənistan diplomatiyasının uğurundan daha çox, Minsk Qrupu ölkələrinin həmrəy mövqeyi ilə bağlıdır.

Minsk Qrupu ölkələri bir qayda olaraq BMT-yə təqdim olunan Qarabağ qətnamələrinin əleyhinə çıxırlar.

İskəndəryan deyir ki, geri götürülmüş qətnamə daha çox Bakının seçkiqabağı ölkədaxili oyun üçün atdığı addımdır.

Başqa bir ekspert Edqar Hovanisyan isə əksinə, bildirir ki, Azərbaycanın layinəni BMT Baş Assambleyasından geri götürməsi Ermənistan diplomatiyasının uğurudur.

Ermənistan Müdafiə Nazirliyinin hərbi eksperti David Camalyan isə bildirir ki, Azərbaycan bu qətnamə layihəsini təqdim etsəydi belə iflasa uğrayacaqdı.

Onun fikrincə, Ermənistan əks-həmlə kimi, keçmiş Şaumyan rayonu barədə “Dalıq Qarabağ Respublikasının işğal olunmuş əraziləri” terminini dövriyyəyə buraxmağa nail olmalıdır. Bu da qeyd olunmalıdır ki, Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələri barədə BMT Baş Assambleyasına təqdim etdiyi bənzər qətnamə layihəsi tamamilə dəstək tapıb.

Rəsmi Bakı qətnamə layihəsini geri götürməsini bununla izah edir ki, ATƏT-in Minsk Qrupu sentyabrın axırlarında Ermənistan qoşunlarının işğalı altında olan ərazilərdə fakttoplama missiyasına başlayacaq.

Ermənistan parlamentinin vise-spikeri Samvel Nikoyan bildirib ki, Bakının bu addımından arxayınlaşmaq olmaz, beləki, Azərbaycan məsələnin daha geniş arenaya çılxarılması cəhdlərindən geri çəkilməyəcək. BBC

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar