SON XƏBƏRLƏR

“Traxtur-Zob ahən” müsabiqəsində iki soydaşımız tutuqlanıb

2021.10.20, 07:36
“Traxtur-Zob ahən” müsabiqəsində iki soydaşımız tutuqlanıb

Gunaz.tv

GünAzTv: 2010-cu il sentyabr ayının 10-u (Şəhrivərin 19-u) Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur” komandası ilə “Zob ahən” taxımı arasında keçirilən futbol müsabiqəsi zamanı iki soydaşımız tutuqlanıb.

 

Tohid Rəhimi və İrəc Nəsirzadə yarışı izləmək üçün Səhənd stadyomuna daxil olarkən İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıblar.

 

Məlumata görə, Təhlükəsizlik Qüvvələri qırmızı rəngli (Son zamanlar bu rəng Azərbaycanın milli kimliyi uğrunda dinc fəaliyyət göstərən və “Traxtur” tərəfdarları arasında xüsusi rəmzi məna daşıyır) geyimi müşahidə edincə  adını çəkdirimiz soydaşlarımızı yaxalayıblar.

 

Hələlik yaxalanan “Traxtur” tərəfdarları öz ailələri ilə heç bir əlaqə saxlamayıblar. Məhkəmə və Təhlükəsizlik rəsmiləri də onların ailəsinin suallarını cavablandırmaqdan boyun qaçırırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar