SON XƏBƏRLƏR

İranda qaz kəməri partladı: çoxlu yaralı var

2021.10.20, 07:36
İranda qaz kəməri partladı: çoxlu yaralı var

Gunaz.tv

GünAzTv: İranın şimal-şərqindəki qaz kəmərində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb. Məlumatı “Press TV” telekanalının saytı yayıb. Partlayış Xorasan-Rəzəvi əyalətinin Məşhəd şəhəri yaxınlığından keçən qaz kəmərində baş verib.

İranın Milli Qaz Şirkətinin rəhbəri Əli Rza Qəribinin sözlərinə görə, partlayış dağ şəraitində işləyən ekskavatorun aşaraq kəmərə toxunması nəticəsində əmələ gəlib. Xəsarət alanlardan altısı helikopterlə xəstəxanaya çatdırılıblar. Yanğınsöndürənlər alovu söndürmək üçün üç saat vaxt sərf etməli olublar. Xüsusi komissiya hadisəni araşdırır. Əli Qra Qəribinin sözlərinə görə, patlayışın nəticələri 48 saat ərzində aradan qaldırılacaq.Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar