SON XƏBƏRLƏR

Əhmədinejad yenə od püskürdü

2021.10.20, 07:36
Əhmədinejad yenə od püskürdü

Gunaz.tv

GünAzTv: İran prezidenti Mahmud Əhmədinejad Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ittiham edib.

Ölkə başçısı, Hollandiya telekanalına müsahibəsində qurumun qərarlarını təzyiq altında verdiyini iddia edib. 

GünAzTv mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Tehrana qarşı iddiaları Amerika Birləşmiş Ştatlarının təzyiqi altında irəli sürür. 

 

Təşkilatın İranı qarşı ittihamlarının heç bir əsası yoxdur. Bu cür şərhlər siyasi xarakter daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil.

Məlumdur ki, qurum mövqeyini BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, xüsusilə də ABŞ-ın (Amerika Birləşmiş Ştatları) siyasi təzyiq altında qəbul edir və bu səbəbdən nüvə silahına malik ölkələri tərksilah etməyə və nüvə silahının yayılmasının qarşısını almağa nail olmur. 

 

Ölkəsinin nüvə obyektlərinin MAQATE-nin tam nəzarəti altında olduğunu deyən İran prezidenti Tehranın lazımı səviyyədə əməkdaşlıq etmədiyi ilə bağlı iddiaları da rədd edib. O bir daha İranın nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar