SON XƏBƏRLƏR

“Azərbaycanlıları azad edin” adlı Bəyanatı daha 300 nəfər imzalayıb

2021.10.20, 07:36
“Azərbaycanlıları azad edin” adlı Bəyanatı daha 300 nəfər imzalayıb

Gunaz.tv

GünAzTv: Son günlərdə Güney Azərbaycanlı siyasi məhbuslar haqqında  ziyalılar, universite müəllimləri, öyrəncilər, ictimai xadimlər və məhbusların ailəsi tərəfindən Bəyanat yayılmışdı.

 

Bəyanatda İran rejiminin Azərbaycana qarşı tutduğu mövqe və millətimizin milli kimliyi uğrunda dinc fəaliyyət göstərən milli-mədəni fəallara qarşı  qərəzli tutumu pisalənilib və məhbusların azadlığı tələb olunmuşdu.

 

Sözü gedən Bəyanat 800 nəfərdən çox soydaşımız tərəfindən imzalanmışdı.

 

Son məlumata görə, bu kampaniyaya qoşulmaq istəyən soydaşlarımızın sayı artmaqdadır. Artıq Bəyanatı daha 300 nəfər imzalayıb.

 

Bununlada hazırda 1100 nəfər, “Azərbaycanlıları azad edin” adı ilə tanınan bəyanatı imzalamış oldular.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar