TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
GünAzTv: Atom-nüvə proqramı və dünyada terrorçuluğu dəstəklədiyinə görə Tehran hakimiyyətinə qarşı basqılar artdıqca ölkə rəhbərliyi sanki həmin təzyiqlərin acığını vətəndaşlardan çıxır.İnqilabdan ötən 31 il müddət ərzində İslam Respublikasını idarə edənlər cəmiyyətin siyasi, sosial etirazlarını dinləyib, onların həllinə yardım etməkdənsə, bir qayda olaraq, etirazçıları «xarici qüvvələrə casusluqda», «ölkənin təhlükəsizliyinə xələl gətirməkdə, dini müqəddəsləri təhqir etmək» kimi ittihamlarla suçlayıb.Lent.az-ın «Frans Press»-ə istinadən məlumatında bildirilib ki, insan haqları və bu yöndə olan məsələlərlə bağlı hakimiyyətin tənqid edilməsinə ali rəhbərin, prezidentin, ayrı-ayrı rəsmilərin çıxış və yaydığı məlumatlar «rəsmi yalan»dır.Beynəlxalq Əfv Təşkilatının 2009-cu il üzrə hesabatına əsasən ölkədə azından 388 nəfər edam olunub. İslam Respublikasında edam olunanların kimliyi haqda məlumatlar bir qayda olaraq, çap edilmir. Daha çox ictimailəşdirilənlər haqda məlumatlara yayıla bilər. Bu da çox nadir hallarda baş verir. Bir çox siyasi məhbuslar «uşaqlara təcavüz»də, «homoseksualizm»də və ən məşhur olan «narkotik maddələrin qaçaqmalçılığı» kimi ittihamlarda suçlu bilinir.İran rejimi xalqın gözləri qarşısında edam və şallaq cəzalarını tətbiq edir. Edam edilənlərin cəsədi bəzən günlərlə dar ağacından asılı vəziyyətdə qalır. Rejimə bağlı internet saytlarının verdiyi edam xəbərləri belə qorxunc bir mənzərə yaradır. «İranda Demokratiya uğrunda Beynəlxalq Kampaniya» adlı insan haqları qrupunun etibarlı mənbələrə əsaslanaraq verdiyi açıqlamaya görə, Məşhəd şəhərindəki Vəkilabad həbsxanasında hər həftə onlarla adam «ölüm dəhlizləri»ndən keçərək edam edilir. Rejimə yaxın bir saytın məlumatına əsasən, son aylarda yalnız həmin həbsxanada həftədə 60-70 adam edam edilib. Həm rejimə yaxın, həm də hakimiyyətə müxalif saytların xəbərində bildirilib ki, ölkədə kütləvi edamlar yenidən artıb.Onların bildirdiyinə əsasən, son iki ayda azında 500 adam edam olunub.«Zinada və ərini öldürməkdə» suçlanan Sakinə Məhəmmədi-Aştiani və ya barəsində ölüm hökmü kəsilmiş 18 yaşlı İbrahim Həmidini beynəlxalq ictimaiyyət qurtarmağa çalışarkən, İran hakimiyyəti Vəkilabadda yüzlərlə adamı edam qorxusu altında saxlayır. Hesabatlara əsasən, 150 başqa həbsxanada 250 min gənc də təhdid altında qalmaqda davam edir. İranda edam edilənlərin orta yaşı həddi isə 28-dən aşağıdır. İran statistika bürosunun məlumatına görə, gənclər arasında işsizlik 30 faizdən artıqdır. Əhalinin 74 faizini 35 yaşa qədər vətəndaşlar təşkil edir. Bu baxımdan, İran dünyada «ən gənc dövlət» sayılır.Xatırladaq ki, Avropa Parlamentinin sədri Yeji Buzek İran hakimiyyətini Səkinə Məhəmmədi–Aştianiyə qarşı çıxardığı ölüm hökmünü dəyişməyə çağırıb. Milli-mədəni haqları tələb etdiyi üçün həbs olunanlara Tehran hakimiyyəti işgəncə verməkdədir.Lent.az-ın «Canaz.tv» -yə istinadən məlumatına görə, etirafedici ifadələr almaq üçün onların bədəninə elektroşok qoşulur, psixotrop dərmanlar verilir, beyin qarışdıran iynələr vurulur.İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur deyib ki, ETTELAAT–ın Güney Azərbaycandakı əməkdaşları həbsdə olan milli fəallardan işgəncələr altında «hakimiyyətə, dövlətin təhlükəsizliyinə qarşı çıxdıqları» ilə bağlı etirafedici ifadələr alır: «Etirafedici ifadələr almaq üçün onların bədəninə elektrik vermək, beyin qarışdıran iynələr vurmaq həm insanlığa, həm də islam qanunlarına ziddir. Ancaq İranın ETTELAAT əməkdaşları nə insanlığa, nə də islam qanunlarına məhəl qoymurlar, niyyətlərinə çatmaqdan ötrü heç nədən çəkinmir, milli haqları istədiyi üçün tutulanlara çeşidli işgəncə üsulları tətbiq edirlər». Yaşar Həkkəkpurun dediyinə görə, bu ilin mayından indiyə qədər Azərbaycan Milli Hərəkatının 16 təəssübkeşi həbs olunub. Siyasi məhbus Ayət Mehrəlibəylinin qardaşı Ruhulla Mehrəlibəyli qardaşının və onun həyat yoldaşı Zəhra Fərəczadənin, baldızı Kübra Fərəczadənin tutulduğunu, onların işgəncəyə məruz qaldıqlarını söyləyib: «Bu yaxınlarda dostlarının bir neçəsini də tutublar. Onların işgəncəyə məruz qaldıqlarını söyləyirlər».Güney Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edənlərdən biri, Ərdəbil sakini 28 yaşlı Yunis Süleymani də bir neçə aydır həbsdədir. Qardaşı Yusif Süleymani Yunisin ittihamı ilə bağlı ailəsinə məlumat verilmədiyini deyib. Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri Böyük Rəsuloğlu İranın çeşidli təcridxanalarında saxlanılan 18 nəfər azərbaycanlı siyasi fəal haqda BMT-nin İnsan Haqları üzrə ali komissarlığına, Beynəlxalq Əfv Təşkilatına və başqa insan haqları qurumlarına müraciət edib. 18 nəfərlik həmin siyahıda tutulanlar haqda ortaq cəhətlər vurğulanıb: «Onların hər biri Güney Azərbaycanın fərqli şəhərlərindən birbəbir oğurlanıb. Ailələri günlərlə övladlarının taleyindən xəbərsiz qalıb;Təbrizli olmasalar da, oğurlandıqdan sonra onlar Təbriz həbsxanasına köçürülüblər;Həmin şəxslərin yaşadıqları və ya qaldıqları mənzillərdə qanunsuz olaraq axtarış aparılmış, kompüter və başqa şəxsi əşyaları müsadirə edilib;Onların hər biri fiziki və mənəvi işgəncəyə məruz qalıb;Tutulan bu şəxslər ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilib;Onlar hüquqlarının müdafiəsi üçün vəkilləri ilə əlaqə saxlamaq hüququndan məhrum olunub;Bu insanların hər biri təkadamlıq kameralarda saxlanırlar;İri məbləğdə girov qarşılığında sərbəst buraxılsalar da yenidən tutularaq, işgəncəyə məruz qalmışlar və s.».Komitə sədrinin qənaətincə, İran hakimiyyəti elə zənn edir ki, keçənlərdəki kimi işgəncə verməklə tutulanlardan etmədikləri suça görə «etiraf» alacaq: «Ancaq yada salmaq istərdik ki, məsullar bu yolla Güney Azərbaycan türklərinin haqlarını tələb edənlərdən «etiraf» almaq istərkən verdikləri işgəncələr nəticə verməyib».B.Rəsuloğlu müraciət etdiyi ünvanların diqqətinə çatdırıb ki, tutulanlar olduqca mədəni və qayğıkeş insanlardır: «Sizi əmin etmək istərdim ki, bu dustaqların azacıq da olsa xətaları olsa idi, o zaman İran məsulları indiyədək onların «işini çoxdan bitirmişdi»».Müraciət müəllifi bildirib ki, tutulan həmin şəxslər barəsində müəyyən məlumat qıtlığı var. Bunun suçu isə hakimiyyətdədir. Çünki İranın uyğun qurumları həbs olunanların ailə üzvlərini hədələyib, tutulmuşlar haqda məlumat verməməyi tələb edir, əks halda məhbusların yaxınlarının da cəzalanacağını deyirlər.Müraciətin sonunda B.Rəsuloğlu bildirib: «Mandatınıza əsasən həbs olan bu vicdan məhbusların şərtsiz azadlığa buraxılması istiqamətində kampaniya aparacağınıza inanırıq. Bundan başqa İran hakimiyyətini irqçiliyə görə tənqid etdiyinizi alqışlayır, ümid edirik ki, vicdan məhbuslarının insan və milli haqlarını müdafiə etmək üçün barışmazcasına təmsilçilik edəcəksiniz».Siyahını diqqətinizə çatdırırıq: Ayət (Yürüş) Mehrəlibəyli, Soifyan şəhərindən, mühəndis, 130 gündür həsbdədir, Aydın Xaceyi mühəndis, hüquq üzrə təhsil alır, 121 gün, Behbud Quluzadə, Qoşaçay 120 gün, Bəhmən Nəsirzadə Maku, 116, Hüseyn Nəsiri Maku, Doktor Əlirza Abdullahi Urmiya şəhəri, 118 gün, Şəhram Radmehr Təbriz şəhərindən, 116 gün, Lətif Həsəni Kərəc şəhərindən, 116 gün, Əkbər Azadi Tehrandan, 116 gün, yazıçı-jurnalist, Həmidə (Pınar) Fərəczadə Təbrizdən, 115 gün, Heydər Kərimi (Yaşar) Təbrizdən 101 gün, Mahmud Fəzli Təbrizdən, 101 gün, mühəndis, Nəim Əhmədi Təbrizdən, 95 gün, İbrahim Rəşidi Təbrizdən, 95 gün, mühəndis, Yunis Süleymani 91 gün, Ərdəbil, Zəhra (Sona) Fərəczadə 89 gün, Urmiya şəhərindən, hüquq müdafiəçisi, Şükrulla Qəhrəmanifərd Kəleybərdən, 87 gün, Həsən Rəhimi-Bayat Kərəcdən, 76 gün mühəndis və hüquq müdafiəçisi.Yeri gəlmişkən, Ramazan bayramı münasibətilə İranda 2800 məhbusun azadlığa buraxılacağı gözlənilir. Bu məhbuslar əsasən, imkansızlıq ucbatından borclu şəxslərdir. Onların borclarının müəyyən hissəsini hökumət ödəyib, bəzilərini borc sahibləri bağışlayıb və bir hissəsi isə sığorta tərəfindən ödənilib. Hökumət ötən il məhbusların azadlığa buraxılması üçün işlərin görülməsi məqsədi ilə 50 milyon dollar vəsait ayırıb, bu vəsaitin 35 milyon dolları xərclənib. Onu da vurğulamaq lazımdır ki, indiyə kimi Tehran hakimiyyəti siyasi məsələlərə görə «cinayət» müəyyənləşməyib. Bu üzdən də həmin suçla ittiham olunanlar barədə əfv hökmü çıxarılmayıb. Sədrəddin Soltan
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko