TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
GünAzTv: Həmsədrlər bu gün döyüş bölgəsinə gedirlər; gərginliyin artması ATƏT-i də təşvişə salıb. BMT-də isə Qarabağ müzakirələrinin tarixi dəyişdi.
Qarabağ cəbhəsində son günlər gərginliyin artması və ermənilərin Tərtər istiqamətində bir-birinin ardınca diversiya xarakterli həmlələri münaqişənin nizamlanması üçün vasitəçilik edənlərin narahatlığını artırıb. Xəbər verildiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 6-da Bakıya səfərə gəlməzdən əvvəl münaqişə ətrafındakı vəziyyətlə bağlı bəyanatla çıxış edərək cəbhə xəttində “günahsız insanların həlak olması ilə nəticələnən insidentlərdən” narahatlıq ifadə ediblər. Həmçinin vasitəçilər bildiriblər ki, münaqişənin nizamlanması üçün vasitəçilik səylərini artıracaqlar.
Dünən həmsədrlər Robert Bradtke (ABŞ), Yuri Popov (Rusiya) və Bernar Fasye (Fransa) Bakıda xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlər keçiriblər. Görüşlər zamanı münaqişənin həlli yollarına dair müzakirələr aparıldığı bildirilir. Xatırladaq ki, həmsədrlərin budəfəki missiyası Azərbaycanın işğal altındakı vəziyyətə dair hesabat hazırlamaqdır. Münaqişənin nizamlanmasına dair tərəflər arasında gedən danışıqlar isə dondurulmuş vəziyyətdədir. Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməyib, uzun müddət bu məsələyə cavab verməyi uzadıb, iyun ayında isə Rusiya tərəflərə bu prinsiplərin bir hissəsini imzalamağı, həlledici mahiyyət daşıyan qalan prinsipləri isə sonraya saxlamağı təklif edib. Ancaq rəsmi Bakı bu təklifi qəbul etməyib və beləliklə də Rusiyanın vasitəçilik səylərinə olan ümidlər də boşa çıxıb.Əvvəlcə xəbər verilirdi ki, həmsədrlər Bakıda danışıqlar apardıqdan sonra İrəvana yollanacaqlar, oradan isə Dağlıq Qarabağa gələcəklər. Ancaq Azərbaycan Müdafiə Nazirliyindən açıqlanan məlumatdan bəlli olur ki, vasitəçilərin səfər qrafiki dəyişib. Məlumata görə, bu gün qoşunların təmas xəttində, Tərtər istiqamətində ATƏT sədrinin mandatı əsasında monitorinq keçiriləcək. Monitorinqdə Minsk Qrupu həmsədrlərinin də iştirakı nəzərdə tutulur. Oradan vasitəçi diplomatlar cəbhə xəttini keçərək Xankəndinə gedəcəklər. Elə bu gün həmsədrlər Xankəndində separatçı erməni rejiminin rəhbəri ilə görüşəcək, sabah isə İrəvana yollanacaqlar. Gözlənilir ki, həmsədrlər cəbhə xəttini keçdikdən sonra Ağdərə-Xankəndi yolu ilə hərəkət edəcəklər. Bu yol iki il əvvəl Azərbaycan və Ermənistandan olan bir qrup ziyalının “xalq diplomatiyası” çərçivəsində cəbhə xəttini keçərək Xankəndinə getməsi üçün istifadə edilmişdi.Qoşunların təmas xəttində keçirilən monitorinqlər artıq heç bir əhəmiyyət kəsb etmir, çünki atəşkəs haqda razılaşma de-fakto mövcud deyil. Dünən cəbhədə yeni atışmalar haqda məlumatlar yayılıb. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun bir neçə istiqamətdən, o cümlədən Tərtər və Goranboy istiqamətlərindən mövqelərimizi atəşə tutduğunu xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin məlumatında da cəbhə xəttində intensiv atışmaların qeydə alındığı təsdiqlənir. Hər iki tərəf itkilərin olmadığını bildirir. Tərtər istiqamətində ermənilərin sonuncu həmləsi ATƏT-in keçirdiyi monitorinqlə eyni vaxta təsadüf etmişdi. Lakin təşkilatın indiki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik baş verənlərə qiymət vermək üçün mandatının olmadığını açıqlayıb. Belə görünür ki, Tərtər istiqamətində vəziyyətin xüsusilə ağır olması təmas xəttinin bu hissəsində yeni monitorinq keçirilməsinin əsas səbəbidir. Cəbhə xəttində gərginliyin artmasından ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev də münasibət bildirib. Onun adından yayılan bəyanatda deyilir ki, ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində son vaxtlar müşahidə olunan atəşkəs rejiminin pozulması hallarını kəskin şəkildə pisləyir. Bəyanatın mətnini Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. “Hər iki tərəfdən insan itkisinin artması ciddi narahatlıq doğurur” deyə, sənəddə bildirilir. ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib ki, atəşkəs rejiminin pozulması halları Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesini qeyri-sabit edir, konstruktiv dialoqun fəallaşdırılması üçün imkanları məhdudlaşdırır. O, Minsk Qrupu həmsədrlərinin 6 sentyabr 2010-cu il tarixdə münaqişə tərəflərini təmkin nümayiş etdirmək, atəşkəs rejiminə ciddi əməl etmək və qarşılıqlı ictimai bəyanatlardan çəkinməklə bağlı çağırışlarını dəstəkləyir. “Minsk Qrupu həmsədrlərinin ATƏT-in Astanadakı sammitindən əvvəl cari ilin payızında Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı kompromis modulların axtarışının gücləndirilməsi üzrə planlaşdırdıqları tədbirlər, bu yubadılmış münaqişənin birbaşa iştirakçıları tərəfindən irəliləyişə nail olmaqda həqiqi marağın olması şərti ilə məhsuldar olacaq” deyə, Saudabayev bildirib.Danışıqlar prosesini yaxından izləyən mənbələr hesab edirlər ki, indiki situasiya yaxın aylarda Azərbaycan və Ermənistan arasında prezidentlər arasında danışıqları mümkünsüz edir. Çünki danışıqlar prosesi faktiki olaraq pozulub və cəbhədə gərginlik artıb. Rusiya prezidentinin vasitəçiliyi ilə təşkil edilən üçtərəfli danışıqlar formatının da iflasa uğradığını demək olar. Çünki Rusiya Azərbaycan üçün qətiyyən məqbul olmayan, Ermənistana münaqişənin həllini qeyri-müəyyən müddətə uzatmaq imkanları yaradan təkliflə çıxış edir. Prezident Dmitri Medvedyevin Bakıya səfəri ərəfəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bildirdi ki, rəsmi Moskva bu təklifdə israrlıdır. Lakin Azərbaycan tərəfi dərhal təklifin qəbuledilməz olduğunu açıqladı. Gözlənilir ki, sentyabrın üçüncü ongünlüyündə Nyu- Yorkda BMT Baş Assambleyasının 65-ci sessiyası zamanı həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşəcək. Zəif ehtimalla Nyu Yorkda xarici işlər nazirlərinin də görüşü mümkün ola bilər. Lakin müşahidəçilər belə hesab edir ki, danışıqlar prosesində yaranmış indiki vəziyyət hətta XİN başçılarının da görüşünün təşkilinə imkan vermir, yaxud bunu əhəmiyyətsiz edir. BMT Baş Assambleyasında Qarabağa dair qətnamə layihəsinin səsə qoyulmasının da vaxtı dəyişib. Səsvermənin dünən olacağı açıqlanmışdı. Ancaq dünən məlum olub ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsinin BMT Baş Assambleyasının sessiyasında müzakirəsinin vaxtı dəyişib. BMT-nin saytında yerləşdirilən məlumata görə, sentyabrın 7-də keçirilməsi nəzərdə tutulan müzakirələr sentyabrın 9-da olacaq. Xatırladaq ki, “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamə layihəsində beynəlxalq humanitar hüququn bütün müvafiq normaları və insan haqları sahəsində beynəlxalq standartların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış situasiyaya tətbiqi, eləcə də Dağlıq Qarabağ bölgəsi və ətraf ərazilərdən qovulmuş əhalinin, onların varislərinin öz evlərinə qayıtmaq hüququnun təmin olunması öhdəliyi təsdiqlənir. Qeyd olunur ki, əhalinin qayıdışı insanlar arasında ünsiyyətin təşviqi və etimadın möhkəmlənməsi tədbirlərinə əlverişli şərait yaradacaq. Layihədə mədəniyyət və dini abidələrin mühafizəsinin təmin olunmasının, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi yönündə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi vurğulanır. Sənəddə BMT strukturlarına Dağlıq Qarabağ münaqişəsi zonası və ətrafında beynəlxalq humanitar hüquq normaları və insan haqlarına dair beynəlxalq standartların təmin olunması məsələsini nəzərdən keçirmələri təklif olunur. Həmçinin münaqişə zonasına müvafiq təhqiqat apararaq hesabat hazırlanması məqsədilə çoxmillətli missiya göndərilməsi təklifi əksini tapıb. Layihədə BMT baş katibindən xahiş edilir ki, 65-ci sessiyaya bu qətnamənin həyata keçirilməsi haqqında ətraflı hesabat təqdim etsin. Rəsmi İrəvan bu layihə ilə bağlı narahatdır. Ermənistanda Azərbaycanın bu addımına cavab olaraq “DQR”-in tanınması layihəsi “İrs” müxalifət fraksiyası tərəfindən parlamentin gündəliyinə daxil edilib. Müzakirələrin sentyabrın 6-da, yaxud 7-də olacağı açıqlansa da, parlamentdəki hakim çoxluq bunu təxirə salıb. Yeni Musavat
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko