SON XƏBƏRLƏR

Dünya ermənilərinin dini lideri Ermənistana verdiyi dəstəyə görə İrana təşəkkür edib

2022.02.10, 13:17
Dünya ermənilərinin dini lideri Ermənistana verdiyi dəstəyə görə İrana təşəkkür edib

Gunaz.tv

Bu barədə İranın rəsmi dövlət agentliyi olan “İrna" xəbər yayıb.

Məlumata görə, dünya ermənilərinin lideri II Qaregin İran-Ermənistan münasibətlərinin 30 illiyinə həsr olunan konfransa göndərdiyi təbrik mesajında 44 günlük Qarabağ müharibəsində Ermənistana verdiyi dəstəyə görə İrana təşəkkür edib.

O, məktubunda İranın mövqeyini məntiqli adlandırıb və bu ölkənin “sülhün qurulmasındakı səy”lərini təqdir edib.

“Bu münasibətlər iki din və sivilizasiyanın mehriban qonşuluğunun təzahürüdür. İkili standartların yarandığı və xalqaların, fərdlərin hüquqlarının pozulduğu bir dünyada bu konfrans çətinliklərin öhdəsindən gəlmək və əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı fürsət”-deyə, ermənilərin lideri məktubunda qeyd edib.

II Qaregin ikitərəfli sıx mədəni əlaqələri "iki ölkə arasında çoxillik əlaqələri gücləndirən" amil adlandırıb və onun inkişafını "regionda davamlı sülhün qurulmasının əsası" kimi dəyərləndirib.

Qeyd edək ki, Qarabağın azadlığı uğrunda aparılan son müharibə zamanı İran Ermənistana maddi-texniki dəstək verərək Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin qarşısını almaq üçün səy göstərməsinə baxmayaraq buna nail ola bilmədi.

İranın Ermənistana dəstəyinə etiraz edən çox sayda güneyli milli-mədəni fəal mühakimə olunub, həbsə və maddi cəzalara məhkum ediliblər.

C.E
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar