SON XƏBƏRLƏR

Tehran’ın Sayınqala üçün planı: Azərbaycan’ın inzibati parçalanmasına qarşı Sayınqala sakinlərinin etirazı

2025.02.17, 19:40
Tehran’ın Sayınqala üçün planı: Azərbaycan’ın inzibati parçalanmasına qarşı Sayınqala sakinlərinin etirazı

Güney Azərbaycan’ın Sayınqala şəhərinin sakinləri, bu şəhərin iki hissəyə bölünməsi üçün hazırlanan şübhəli və məqsədli layihəyə qarşı imza kampaniyası başlatmış və bu addımı qətiyyətlə etiraz etmişlər. İranın Türklərə qarşı olan və Azərbaycan’ın parçalanmasını məqsəd qoyan hakimiyyəti tərəfindən həyata keçirilən bu addım, Tehran’ın Azərbaycan şəhərləri ilə bağlı siyasətinin inkişaf və irəliləyişə deyil, Türk xalqının zəiflədilməsi, parçalanması və əhali üzərində nəzarətin artırılmasına yönəldiyini bir daha göstərir.

Gunaz.tv

Bu layihə ilə bağlı təhlükəsizlik, iqtisadi və siyasi narahatlıqlar, müxtəlif bölgələrdən olan sakinləri etiraz etməyə sövq etmişdir. Tarix boyu Azərbaycan’ın birliyində və Türk kimliyində mühüm rolu olan Sayınqala sakinləri, bu layihənin yalnız təhlükəsizlik qüvvələrinin təsirini artıracağı və mərkəzləşdirilmiş siyasətin tətbiqinə zəmin yaradacağını düşünürlər. Bir çox Türk şəhəri infrastruktur çatışmazlığı, sərmayə yatırımı azlığı və gənclərin məcburi köçü ilə mübarizə apararkən, rejim vəziyyəti yaxşılaşdırmaq əvəzinə, saxta və dayanıqsız parçalanmalarla məşğuldur.

 

Son illərdə Azərbaycan’da həyata keçirilən inzibati bölünmə siyasəti yalnız yeni bölgələr üçün inkişaf yaratmaqla qalmamış, eyni zamanda geriləmə və daha da parçalanma ilə nəticələnmişdir. Baruq, Çaharbəc və Lilan kimi 30 min nəfərdən az əhalisi olan şəhərlər, lazımi infrastruktur olmadan qəsəbəyə çevrilmişdir və bu yüksəlişdən sonra bir addım da irəliləyiş olmamışdır. İndi eyni model Sayınqala üçün tətbiq olunmağa çalışılır ki, süni bölünmə ilə bu şəhərin Türk xalqının siyasi, sosial və iqtisadi gücü zəiflənsin.

 

Türk şəhərlərinin bölünməsi və onları zəif, kiçik qəsəbələrə çevirmək, Güney Azərbaycanın milli və siyasi kimliyini zəiflətmək məqsədini güdən rejimin uzun müddət həyata keçirdiyi layihələrdən biridir. Bu layihələr, ana dilində təhsil qadağaları, mədəniyyətin sıxışdırılması və iqtisadi ayrı-seçkilik kimi digər təzyiqlərlə yanaşı, Azərbaycan’dakı Türk kimliyini sarsıtmaq və zəiflətmək məqsədi güdür. Sayınqala, strateji və coğrafi əhəmiyyətinə görə, həmişə Cənubi Azərbaycanın Türk xalqının mərkəzi olmuşdur və bu bölünmə yalnız Türk xalqının Cənubi Qərbi Azərbaycan’dakı təsirini azaltmaq məqsədini güdür.

 

 

E. Y

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar