SON XƏBƏRLƏR

Azərbaycan rəqsi icrası; "Kara" Məktəbinin qurucusu və idarəçiləri Təbriz ittilaat idarəsinə çağırıldı

2025.02.24, 20:37
Azərbaycan rəqsi icrası; "Kara" Məktəbinin qurucusu və idarəçiləri Təbriz ittilaat idarəsinə çağırıldı

"Kara" məktəbinin qurucusu və idarəçiləri, təbrizdəki Atlas Ticarət Mərkəzində Ana Dili Günü münasibətilə şagirdlər tərəfindən Türkcə mahnıların ifa edilməsindən sonra Təbriz ittilaat İdarəsinə çağırılıb və məktəbin lisenziyasının ləğv edilməsi ilə təhdid edilib.

Gunaz.tv

Dünya Ana Dili Günü münasibətilə, "Daşlı Qala", "Sudan Gələn Sürməli Qıx" və digər Azərbaycan mahnılarının şagirdlər tərəfindən ifa edilməsi ilə bağlı baş verən bu hadisə, sosial media istifadəçiləri tərəfindən geniş dəstək gördü. Bu videonun Azərbaycan və Türkiyənin İnstagram səhifələrində yayımlanması, həmin ölkələrin vətəndaşlarından müsbət rəylər aldı.

 

Yayılan xəbərlərə görə, ittilaat idarəsinin məsul şəxsləri, bu idarəçiləri məktəbin lisenziyasını ləğv etməklə hədələyərək, gələcəkdə belə tədbirlərin keçirilməsi ilə bağlı xəbərdarlıq ediblər.

 

E. Y

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar