SON XƏBƏRLƏR

Amerikanın dövlət borcu 38 trilyon dolları keçib

2025.11.03, 11:25
Amerikanın dövlət borcu 38 trilyon dolları keçib

Bu ilin 2 avqust tarixində rekord həddə - 37 trilyon dollara çatan Amerikanın dövlət borcu 82 gündə daha 1 trilyon dollar artaraq 38 trilyon dolları keçib.

Gunaz.tv

Bu barədə Amerika Maliyyə Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, 22 oktyabr tarixinə olan məlumata görə, ümumi borc 38 trilyon dolları keçib.

Maliyyə siyasəti üzrə ixtisaslaşmış beyin mərkəzi olan Piter G. Piterson Fondunun açıqlamasına görə bu o deməkdir ki, Amerikada adambaşına 111.000 dollar borc var.

Beyin mərkəzi həmçinin Amerikanın xarici borcunun Çin, Hindistan, Yaponiya, Almaniya və Böyük Britaniya iqtisadiyyatlarının ümumi daxili məhsuluna bərabər olduğunu qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar