SON XƏBƏRLƏR

Amerika lideri Rusiya-Ukrayna müharibəsini bir neçə aya bitirə biləcəyini söyləyib

2025.11.03, 11:31
Amerika lideri Rusiya-Ukrayna müharibəsini bir neçə aya bitirə biləcəyini söyləyib

Amerika Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bir neçə ay ərzində bitirə biləcəyini söyləyib.

Gunaz.tv

Bu barədə Amerika lideri "CBS News"a müsahibəsində bildirib.

"Düşünürəm ki, bacaracağıq", - Tramp aparıcının bir neçə ay ərzində bunu edə biləcəyi ilə bağlı sualına cavabında deyib.

O, qeyd edib ki, müharibə edən tərəflərə qarşı taktika kimi daha yüksək tariflər təhdidindən istifadə edərək bir sıra beynəlxalq münaqişələri həll edə bilib.

"Bununla bağlı dedim ki, əgər döyüşməyi dayandırmasanız, hər ikinizin ölkənizə tariflər tətbiq edəcəyəm və siz Amerika ilə iş görə bilməyəcəksiniz'", - Tramp izah edib.

O, əlavə edib ki, bu variant Vladimir Putin üçün də işləyir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar