SON XƏBƏRLƏR

KİV: İran Amerika ilə danışıqların bərpası üçün Səudiyyə Ərəbistanından kömək istəyib

2025.11.20, 18:55
KİV: İran Amerika ilə danışıqların bərpası üçün Səudiyyə Ərəbistanından kömək istəyib

İran Səudiyyə Ərəbistanından Amerika ilə danışıqların bərpasına kömək etməyi xahiş edib.

Gunaz.tv

Məlumata görə, İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmana ünvanladığı məktubunda “İran münaqişə istəmir və regional əməkdaşlığın tərəfdarıdır. Biz nüvə məsələsini diplomatiya yolu ilə həll etməyə hazırıq. Amma hüquqlarımızın təmin olunması şərtilə” sözlərini yazıb.

Qeyd edək ki, hazırda İran və Amerika arasında nüvə məsələsi ilə bağlı danışıqlar aparılmır.

İran rəsmiləri istənilən mümkün dialoqun yalnız nüvə barəsində olacağını, ballistik raket proqramının gündəliyə daxil edilməyəcəyini vurğulayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar