SON XƏBƏRLƏR

İran hökuməti etirazları yatırmaq üçün İraqdan qüvvə gətirib

2026.01.07, 12:56
İran hökuməti etirazları yatırmaq üçün İraqdan qüvvə gətirib

Etiraz eyləmlərinin genişlənməsi ilə eyni vaxtda İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib.

Gunaz.tv

Bu haqda xarici media İraqdakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qeuplaşmalarının 800 üzvü İrana keçib.

"Bu qüvvələrin köçürülməsi prosesi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir və rəsmi olaraq Məşhəddəki İmam Rzanın məzarının ziyarətçiləri kimi kimi qələmə verilir. Ancaq bu qüvvələr Əhvazdakı Xamenei bazasında toplanır və sonra etirazların yatırılmasında iştirak etmək üçün müxtəlif bölgələrə göndərilir",- məlumatda qeyd olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar