SON XƏBƏRLƏR

Vaşinqton: İran hökuməti ilə heç bir danışıqlar aparılmır

2026.01.22, 07:15
Vaşinqton: İran hökuməti ilə heç bir danışıqlar aparılmır

Gunaz.tv

Vaşinqtonun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof, ABŞ prezidenti Donald Trampın Tehranın ona qarşı sui-qəsd cəhdinə əl atacağı təqdirdə ABŞ-ın İranın “tam məhvinə” səbəb olacaq cavab verəcəyi ilə bağlı xəbərdarlığından sonra, hazırda İran tərəfi ilə heç bir danışıqların aparılmadığını vurğulayıb.

Vitkaf çərşənbə günü CNBC telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ hazırda İranla heç bir danışıqlar aparmır.

Hərbi seçim?

“The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən yazıb ki, Donald Tramp köməkçilərinə İrana qarşı “qətiyyətli” hərbi variantların hazırlanması üçün təzyiq göstərməkdə davam edir.

Mənbələrin bildirdiyinə görə, ABŞ prezidenti Tehrana qarşı atılacaq hər hansı addımın təsirini təsvir edərkən dəfələrlə “qətiyyətli” ifadəsindən istifadə edib və köməkçilərindən mövcud İran hökumətinin devrilməsinə qədər uzanan geniş spektrli variantlar təqdim etmələrini istəyib.

Eyni zamanda, Trampın köməkçiləri daha məhdud variantlar da irəli sürməyə çalışıblar. Bu variantlar sırasında İnqilab Keşikçiləri Korpusuna məxsus obyektlərin hədəfə alınması da yer alır.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar