SON XƏBƏRLƏR

İran dinc etirazları terror aktları kimi qələmə verərək reallığı təhrif edir

2026.01.27, 14:03
İran dinc etirazları terror aktları kimi qələmə verərək reallığı təhrif edir

Amerika İranın dinc etirazları "terror" kimi təsvir etməsini rədd edərək, Tehranın müxalifətə qarşı təzyiqlərini haqlı çıxarmaq üçün reallığı təhrif etdiyini bildirib.

Gunaz.tv

Bu barədə Amerika Dövlət Departamentinin fars dilindəki sosial media hesabındakı paylaşımda deyilib.

İran rəsmiləri dinc iranlıları terrorizmdə ittiham etdiyi bir vaxtda rejim etirazları yatırmaq üçün zorakılıqdan, hədə-qorxudan istifadə edir və öz növbəsində xaricdəki əsl terrorçuları dəstəkləyir.

Paylaşımda qeyd edilib ki, sadə xalq öz hüquqlarını tələb edir və hakimiyyət orqanları on illərdir olduğu kimi buna repressiyalarla cavab verir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar