SON XƏBƏRLƏR

Amerika Hərbi Hava Qüvvələri Yaxın Şərqdə çoxgünlük hazırlıq təlimi keçirəcək

2026.01.27, 18:08
Amerika Hərbi Hava Qüvvələri Yaxın Şərqdə çoxgünlük hazırlıq təlimi keçirəcək

Amerika Hərbi Hava Qüvvələri Mərkəzi bildirib ki, Amerika Hərbi Hava Qüvvələri Yaxın Şərqdə çoxgünlük hazırlıq təlimi keçirəcək.

Gunaz.tv

Mərkəzi komandanlıqdan bildirilir ki, Doqquzuncu Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən idarə olunan təlimin məqsədi sürətlə hərəkət edən təyyarələr və personal üçün prosedurların həyata keçirilməsi, minimal lojistik imkanlarla tapşırıqların yerinə yetirilməsi bacarıqlarını artırmaqdır.

Təlim ev sahibi ölkənin təsdiqi ilə və mülki və hərbi aviasiya orqanları ilə əlaqələndirilərək həyata keçiriləcək, deyə məlumatda bildirilir.

Mərkəzi komandanlığın məlumatına görə, təlimin məqsədi regional tərəfdaşlarla əməkdaşlığı gücləndirmək və Amerika qüvvələrini Yaxın Şərq və Mərkəzi və Cənubi Asiyanın bəzi hissələrini əhatə edən regionda çevik cavab tədbirlərinə hazırlamaqdır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar