SON XƏBƏRLƏR

Fransa, Çin və Rusiya İranla bağlı qərara qarşı çıxdı

2026.04.03, 11:36
Fransa, Çin və Rusiya İranla bağlı qərara qarşı çıxdı

Fransa, Çin və Rusiya Hörmüz boğazının açılması üçün BMT Təhlükəsizlik Şurasında güc tətbiqinə imkan verən qətnamə layihəsinə qarşı çıxıblar.

Gunaz.tv

Bu barədə “Nyu York Times” məlumat yayıb.

Nəşri bildirir ki, mübahisəyə səbəb “bütün zəruri vasitələrdən istifadə” bəndi olub. Layihə artıq bir neçə dəfə yenidən işlənib və bu, onun dördüncü variantıdır.

Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Hörmüz boğazındakı vəziyyətin əsas səbəbi ABŞ və İsrailin İrana qarşı qeyri-qanuni hərbi əməliyyatıdır. Vəziyyəti düzəltmək üçün atəşkəs və regionda sabitlik lazımdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar