SON XƏBƏRLƏR

GÜNEY AZƏRBAYCAN DUSTAQ ÖYRƏNCİLƏRİ ÜÇÜN ÜÇ DİLLİ BLOQ VƏ İMZA KAMPANİYASI

2021.10.20, 07:36
GÜNEY AZƏRBAYCAN DUSTAQ ÖYRƏNCİLƏRİ ÜÇÜN ÜÇ DİLLİ BLOQ VƏ İMZA KAMPANİYASI

Gunaz.tv

GÜNEY AZƏRBAYCAN DUSTAQ ÖYRƏNCİLƏRİ ÜÇÜN ÜÇ DİLLİ BLOQ VƏ İMZA KAMPANİYASI

 

Günaz TV:  Güney Azərbaycan Dustaq öyrənciləri üçün ortaq bloq işə başlamışdır. http://dustaq-oyrenciler.blogspot.com/ adresli bloq Ruzbeh Səadəti, Mehrdad Kərəmi, Əfşin Şahbazi və Məhəmməd Əhədi ilə bağlı xəbər və reportları yayımlayır. Bloqda Azərbaycan Türkcəsində, İngiliscə və Farsca xəbərlərə yer verilmişdir.

Xatirlatmaq lazımdır,  Milli fəal və Azərbaycan Tanıtım Ocağının keçmiş katibi Mehrdad Kərəmi 2011-ci il, 24 dekabr Təbrizdə, Əfşin Şahbazi (Azərbaycan Türkcəsi öyrətməni) 2012- ci il, 23 Yanvarda  tanınmış Milli fəal İbrahım Savalanla birgə Təbrizdə, Ruzbeh Səadəti(Azərbaycan Türkcəsi və mifologiya öyrətməni)  və Məhəmməd Əhədi(Azərbaycan Tanıtım Ocağının Fəal üzvü)  ilə 24 Yanvar Tarixində Miyanada tutuqlanmışlar. Mehrdad Kərəmi dünən ,10 Fevral, Təbriz zindanın qərəntinəsinə göndərilmiş və hal hazırda orada saxlanılır. Başqa dustaqlar isə hələ də İttilaat idarəsinin xüsusi kameralarında saxlanılırlar.

Hər dustaq üçün ayrıca imza kampaniyası başladılmışdır.

Bu milli fəallar üçün həm də “Dustaq öyrəncilərə özgürlük”  adlı Facebook bəyən səhifəsi açılmışdır.   Facebook üzvü olanlar isə bloqdakı xəbərləri oradan izləyə bilərlər.

 

İmzalamaq üçün aşağıdakı linklərə girə bilərsiniz:

http://www.gopetition.com/petitions/free-mehrdad-karami-azerbaijani-activist.html  Mehrdad Kərəmi

http://www.gopetition.com/petitions/free-mohammad-ahadi.html                              Məhəmməd Əhədi

http://www.gopetition.com/petitions/free-rouzbeh-saadati.html                                 Ruzbeh Səadəti

http://www.gopetition.com/petitions/free-afshin-shahbazi.html#sign                         Əfşin Şahbazi

 

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar