SON XƏBƏRLƏR

Ahmedinejaddan ABŞ və Avropa Xəbərdarlığı

2021.10.20, 07:36
Ahmedinejaddan ABŞ və Avropa Xəbərdarlığı

Gunaz.tv

Ahmedinejaddan ABŞ və Avropa Xəbərdarlığı

Günaz TV: İran adlanan bölgənin Respublika başçısı Mahmud Ahmedinejad, "ABŞ və qərbin, mənfəətləri yolunda bölgədəki ölkələr, xalqlar və məzhəblər arasında ayrılıq salmaqdadırlar dedi

Ahmedinejad, İran İslam İnqilabının 33. il dönü qutlamalarında Tahrandaki Azadı Meydanında təşkil edilən mərasimdə etdiyi danışmada bölgədəki inkişaflara toxundu.

Qəzzədəki Fələstin Hökumətinin Baş naziri İsmayıl Xanıya ilə kürsüyə çıxan Ahmedinejad, "Düşmənlərin Oyunlarına qarşı bölgə ölkələrinin ayıq olmasını" istədi

Xalqların, xarici güclərin müdaxiləsiylə haqqlarını əldə edə bilməyəcəyini ifadə edən Ahmedinejad, "Azadlıq və demokratiya heç də NATO silahlarının lüləsi və bombalarıyla gəlməyəcək" ifadəsini istifadə etdi.

Ömürlərində azadlıq və ədalət sözlərini tələffüz etməyən, bir tək seçki belə etməyən bəzi ölkələrin bir araya gəldiyini, ABŞın də köməyiylə digərləri üçün ədalət və azadlıq resepti yazdıqlarını" dilə gətirən Ahmedinejad, "Bu, bir tərəfdən üzüntülü bir vəziyyət, digər tərəfdən də çox gülməli bir hadisədir" dedi.

Ahmedinejad: "Bu gün ABŞ və bəzi Avropa ölkələrinin yanında iştirak edib sionist rejimi qurtarmağa çalışanlar, azad və müqavimətçi xalqlara təzyiq tətbiq edənlər bilsin ki, sabah onlara sıra gələcək. Hər kəs diqqətli olsun, ABŞ və Avropa yalnız öz mənfəətlərini düşünür və vəfalı dost deyildirlər, sizləri də fəda edəcəklər" sözlərini dilə gətirdi.

Ahmedinejadın ABŞ və Avropa ölkələrinin yanında iştirak edənlərə söylədiyi , "Xalqlara, dəyərlərə və Peyğəmbərin haqq dininə dönün" sözü oldu.

Mahmud Ahmedinejad, "Bu gün özünü demokratiya və azadlıq tərəfdarı olaraq tanıdıb sabah da ABŞ və İsrailə qarşı özlərini sipər edən və hətta onlarla gizli əlaqə içində olanların gerçək yalançılar olduqlarını" ifadə etdi.

Dünyadakı bütün problemlərin ABŞ və sionist rejimin varlığından qaynaqlandığını ifadə edən Ahmedinejad, "Bölgə və dünyadakı bütün diktatorlar, ABŞ və sionist rejim tərəfindən dəstəkləndiyini" söylədi.

Ahmadinejad "İranı tehdit edən ölkələrə xəbərdarlıq verdi və bu ölkələrdən özlərini düzəltmələrini, heç olmasa İranın gücünü bilmələrini istədi.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar