SON XƏBƏRLƏR

Hürmüz Boğazına Əsgər Göndərə Bilərik

2021.10.20, 07:36
Hürmüz Boğazına Əsgər Göndərə Bilərik

Gunaz.tv

Hürmüz Boğazına Əsgər Göndərə Bilərik

Günaz TV: Yaponiya Baş naziri Yoşihiko Noda, lazım olduğunda Hürmüz Boğazına əsgər göndərə biləcəklərini söylədi.

Yaponiyanın öndə gələn qəzetlərindən Yomiuri Shimbunun xəbərinə görə, büdcə görüşmələri əsnasında Baş nazir Noda, Tahran rəhbərliyinin Hürmüz Boğazını kəsməsi halında əsgər göndərə biləcəklərini ifadə etdi. Baş nazir Noda danışmasında "Yaponiyanın enerji ehtiyacını göz qarşısında tutulduğunda, Hürmüz Boğazının kəsilməsi halında hər cür variantı düşünməmiz lazım." ifadələrini istifadə etdi. Yaponya Ordusunun qanuni olaraq xaricə əsgər göndərə bilməməsi haqqında da açıqlama verən Noda, "Lazım olsa qanuni tənzimləmələr yenidən nəzərdən keçirilər." dedi.

Enerjiyə ehtiyaci olan Yaponiyanın idxal etdiyi neftin yüzdə 80-ə yaxını Hürmüz Boğazından keçərək ölkəyə gəlir. Hürmüz Boğazında hər hansı bir sabitsizliyin yaşanması halında Yaponiyanın iqtisadi olaraq ağır təsirlənməsi ön görülür.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar