SON XƏBƏRLƏR

Azərbaycan Ermənistana kömək təklif edib

2021.10.20, 07:36
Azərbaycan Ermənistana kömək təklif edib

Gunaz.tv

GünAz TV: Rəsmi Bakı Ermənistanın paytaxtının tarixi görünüşü bərpa etmək üçün qədim İrəvanın xəritə və cizgilərini bu ölkəyə verməyə hazırdır.

ANS PRESS-in "İnterfax-Azərbaycan"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezident Administrasiyası (nəhade riyasəte cümhuri) İctimai-siyasi şöbəsinin bölmə müdiri Fuad Axundov bildirib.

“Həqiqətən İrəvanın əvvəlki tarixi görünüşünü bərpa etmək istəyirlərsə, biz onlara xəritə və cizgilər təqdim edə bilərik”.

Bundan başqa, Fuad Axundov əlavə edib ki, Azərbaycanda Tavernye, Şarden kimi avropalı və bir sıra rusiyalı rəssamlar tərəfindən çəkilmiş şəkilləri var.

“Erməni mətbuatında “Qədim İrəvan” adlı layihə haqda eşitmişəm. Maraqlısı isə odur ki, sovet (Şurəvi) dövrü və hazırda erməni hakimiyyəti tərəfindən mərhələli şəkildə məhv edilən İrəvanın hazırkı orta əsrlər mərkəzinin yerinə XIX əsrin sonu XX əsrin əvvəllərinə aid arxitektura (memarlıq) qurulacaq”,- deyə Fuad Axundov bildirib.

1964-cü ildə Xan sarayının ermənilər tərəfindən məhv edilməsinə toxunan Fuad Axundov qeyd edib ki, vandalizmin nəticəsi olaraq XVI əsrə məxsus İrəvan qalası bütün tikililəri ilə birlikdə məhv edilib: “Çünki bu abidə Azərbaycan memarlığının şah əsəri idi”.

Qeyd edək ki, bir müddət öncə Ermənistan hakimiyyəti paytaxt İrəvanın qədim mərkəzini bərpa etmək niyyətində olduğunu bildirmişdi.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar