SON XƏBƏRLƏR

Bakıda güneyli şairənin kitabı çıxdı

2021.10.20, 07:36
Bakıda güneyli şairənin kitabı çıxdı

Gunaz.tv

GünAz TV: Təbrizli şairə Məlihə Əzizpurun “Mənə bir küçə bağışla” şeirlər kitabı “YEK” nəşriyyatında çapdan çıxıb.

 

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruz bildirib ki, təbrizli şairənin kitabı onun rəhbərlik etdiyi şöbənin təşəbbüsü ilə nəşr edilib. Burada Məlihə Əzizpurun son iki ildə qələmə aldığı poeziya (şeir)  nümunələri toplanıb.

 

S.Aruz bildirmişdir ki, bu, təbrizli şairənin Bakıda işıq üzü görən ikinci kitabıdır. Onun ilk “Su pıçıltısı” şeirlər kitabı iki il əvvəl “Qanun” nəşriyyatında çapdan çıxıb.

 

Ümumiyyətlə, Güney Azərbaycan ədəbiyyatı şöbəsi əslən İrandan olan bütün azərbaycanlı ədiblərin kitablarının seriya şəklində nəşrini nəzərdə tutub. 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar