SON XƏBƏRLƏR

İbrahim Rəşidi (Savalan) öz ailəsi ilə telefon əlaqəsi saxlayıb

2021.10.20, 07:36
İbrahim Rəşidi (Savalan) öz ailəsi ilə telefon əlaqəsi saxlayıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidi (Savalan) 2 həftə həbsdən sonra nəhayət öz ailəsi ilə telefon əlaqəsi saxlamağa nail olub.

 

Fevralın 8-də (bəhmənin 19-da) ailəsi ilə əlaqə saxlayan azərbaycanlı fəal tutulduğu gündən bəri Aclıq Aksiyası (etisab-i ğəza) saxlamaqdadır.

 

Rəşidi, Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanılır.

 

Qeyd edək ki, O, ailəsi ilə əlaqə saxladığı zaman, onun ailə üzvləri Azərbaycan Milli Hərəkat fəallarının aclıq aksiyasına son verməyə dair istəklərini ona çatdırıblar.  Rəşidi isə azərbaycanlı fəalların niganranlığı və istəklərini nəzərə alaraq aclıq aksiyasına son verəcəyinə söz verib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar