SON XƏBƏRLƏR

Vüqar Abbasov: ”Hollandiya mətbuatında Azərbaycana olan münasibət birmənalı deyil amma bunu dəyişdirmək olar”- Müsahibə

2021.10.20, 07:36
Vüqar Abbasov: ”Hollandiya mətbuatında Azərbaycana olan münasibət birmənalı deyil amma bunu dəyişdirmək olar”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Wereldregio” qəzetinin əməkdaşı, “On File” jurnalistlər birliyinin üzvü, diaspor fəalı Vüqar Abbasovdır.

 

- Vüqar bəy, Azərbaycanda bu keçirilməsi gözlənilən “Eurovisin2012” yarışması Hollandiyada necə dəyərləndirilir?

 

- Mən dəfələrlə mütəlif müsahibə və yazılarımda qeyd etmişəm ki, yarışma Azərbaycanı Avropada bir qədər tanıtdı. Düzdür yarışma haqqında yazılan yazılar, hazırlanan verilişlər heç də bir mənalı deyil. Deyək ki, Avropa ölkələrinin bəzi mətbu orqanları sadəcə Azərbaycanın bu yarışmaya necə hazırlaşmaları barədə, ümumən yanaşsaq müsbət aspektdən (baxışdan) materiallar yayıblarsa, bunun əksi olanlar da var. Azərbaycanda söz azadlığının olmaması, həbsdə jurnalistlərin və gənc fəalların olması da Avropa mətbuatının diqqətinindən yayınmır. Bu kimi məsələlərə Avropa, xüsusən Hollandiya mətbuatı və burda yaşayanlar çox həssas yanaşırlar. Hollandiya necə dəyərləndirməyə gəlincə, etiraf edim ki, yerli əhalinin heç də hamısı bu yarışmaya diqqət göstərmirlər. Bu yəqin ki, artıq neçə illərdir Hollandiyanın bu yarışmada uğur əldə edə bilməməsi ilə bağlıdır.

 

- Ümumiyyətlə, bu yarışmanın ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir? Azərbaycan yarışmanı keçirməklə nə qazanacaq?

 

- Qeyd etdiyim kimi Azərbaycan özünü Avropaya tanıtmağa bir şans qazanıb ki, bundan da lazımınca istifadə etmək lazımdır. Ölkəmizin müxtəlif təbəqələrinin bu yarışmadan əldə etdikləri də müxtəlif olacaq. Təəssüf ki, bəzən “əldə etdikləri” sözünü dırnaq içərisində yazmalı olursan. Çünki mətbuatdan izlədiyimə görə bu yarışmaya görə evləri sökülənlər, işini itirənlər (məsələn taksi sürücüləri) oldular. Ancaq qazana biləcəklərimiz də çox ola bilər. Məsələn, iqtisadi baxımdan gələn turistlər qalacaqları otelden tutmuş yeyəcəkləri yeməyə qədər hər bir xidmətin haqqını ödəməlidrər ki, bu da azərbaycanın büdcəsi üçün gəlir hesab oluna bilər. Ancaq mən çox istərdim ki, ölkəmizə gələcək turistlərdə tək iqtisadi deyil, eləcə də siyasi baxımdan istifadə edə bilək. Məsələn, içəri Şəhərdə Xocalı muzeyı açmaq olar. Ümumiyyətlə Qarabağla bağlı, tariximizlə bağlı (Azərbaycanın ikiyə bölünməsi və.s.) bir çox tədbirlər keçirtmək olar. Mən bir daha xüsusən İçəri şəhərdə Xocalı muzeyinin açılmasının altını cizərək təklif etmək istərdim.

 

- Birdə hansı addımlara atmaq olar ki, ölkəyə gələcək turistlər ölkəmiz haqqında geniş məlumatları artasın?

 

- Bu suala bir qədər əvvəl də cavab verdim. Sizin sualı təkrar verməyinizi də anlayıram. Siz də vətənini sevən bir insan kimi Azərbaycanın bu yarışmadan sözün bütün mənalarında gəlirli çıxmasını istəyirsiz. Bu əslində hər birimizin arzusudur. Həmən yarışma ərəfəsində bütün mümkün olan vasitələrdən istfadə etmək lazımdır ki, yuxarıda bunlardan birini misal kimi göstərmişdim.

 

- Ümumiyyətlə, ölkə mətbuatında Azərbaycana maraq necədir?

 

- Buranın yerli mediasında bayaq dediyim kimi münasibət birmənalı deyil. Onlar münasibəti aldıqları informasiyaya uyğun hazırlayırlar. Misal olaraq deyim ki, Nederlandın yerli PZS qezetində bir neçə ay öncə bu yarışma ilə bağlı ölkəmizə çox tənqidi yanaşmışdılar, tənqid etmişdilər. Bu yaxınlarda isə mən həmən qəzetə müsahibəmdə Azərbaycanla bağlı ancaq xoş məqamları yerli sakinlərə çatdırmağa çalışmışdım. Azərbaycan yaxşısı ilə də, pisi ilə də bizimdir. Bizi narahat edən məsələrin yaxın gələcəkdə keçmişə çevriləcəyinə ümid edirəm. Arzu edirəm ki, bizə məlum olan tənqid olunası məsələlər öz həllini tapsın ki, bizlər də hər vaxt ölkəmiz barədə ancaq xoş sözlər işlədək və ölkəmizlə fəxr edək.

 

Söhbətləşdi: Elnur Eltürk

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar