SON XƏBƏRLƏR

İRAN, AMERİKANI HƏDƏLƏYİR

2021.10.20, 07:36
İRAN, AMERİKANI HƏDƏLƏYİR

Gunaz.tv

İRAN, AMERİKANI HƏDƏLƏYİR

 

Günaz TV: İrana basqılar çoxaldıqca İran da son zamanlar hədələrini artırmışdır.  İranın Moskvadakı səfiri, “İran Amerika qüvvələrinə dünyanın istənilən yerində cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir”, deyib.

Mahmud Rza Səccadi “İran ABŞ üzərinə dünya boyu cavab zərbəsi endirmək üçün yaxşı imkanlara malikdir. Hazırda Amerika İraq və Əfqanısan bataqlığında ilişib-qalıb”, - deyib.

Səfirin sözlərinə görə Amerikanın iqtisadi böhran keçirdiyi bir anda İrana həmlə Vaşinqton üçün intihar ola bilər.

“Amerikalılar İranın nə kimi bir ölkə olduğunu, onun potensialını yaxşı bilirlər” – deyib diplomat.

Amerika öz müttəfiqlərini İrana iqtisadi təzyiq tətbiq etməyə çağırır.

Avropa İttifaqı ötən ay İran  neftinin idxalına embarqosunu elan edib.

Baxmayaraq ki, Tehran nüvə proqramının sırf sülh təyinatlı olduğunda təkidlidir, amma Sonuncu sanksiyalar İranın nüvə silahı üzərində işlədiyini qeyd edən BMT məruzəsindən sonra qəbul olunur. Son zamanlar İrana qarşı təzyiqlər İran daxilində millətə iqtisadi təzyiqi artırmış və dövlətin siyasi təzyiqi də artmışdır.

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar