SON XƏBƏRLƏR

Azərbaycan Xarici işlər Nazirindən Türkiyəyə Dəstək

2021.10.20, 07:36
Azərbaycan Xarici işlər Nazirindən Türkiyəyə Dəstək

Gunaz.tv

Azərbaycan Xarici işlər Nazirindən Türkiyəyə Dəstək

Günaz TV: Azərbaycan Xarici işlər Naziri Mammadyarov, Fransanın "inkar" qanununun doğru və dürüst bir yanaşma olmadığını vurğularkən, "Ermənilərin iddia etdiyi soyqırım, Qarabağda özləri tərəfindən reallaşdırıldı" dedi.

Elmar Mammadyarov, etdiyi müsahibədə parlamentlərin tarix yazmağa qalxmasının çox səhv olduğunu ifadə edərək bu cür cəhdlərin tərs təsirləri olacağının unudulmaması lazım olduğunu qeyd etdi.

Fransanın Minsk qrupu üzvü olduğunu bu il Minsk qrupunun 20. ili qeyd olunacağına işarə edən Elmar Mammadyarov, "Əgər Fransa bu cür cəhdlər edərək Ermənilərin tərəfini tutacaqsa, Minsk qrupunda qalmasının bir mənası qalmaz.

Fransada Qarabağ problemin də mübahisə edilməsi lazım olduğunun vurğulayan Azərbaycan Xarici işlər Naziri Mammadyarov, Qarabağda Ermənilərin hücumu sonrası 1 milyon insanın məskunlaşma yerlərini tərk etdiyini, minlərlə insan öldürüldüyünü ifadə etdi.S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar