SON XƏBƏRLƏR

Möhsün Rzayi islam inqilabının uğursuzluqlarından danışıb

2021.10.20, 07:36
Möhsün Rzayi islam inqilabının uğursuzluqlarından danışıb

Gunaz.tv

GünAz TV: Fevralın (February) 9-da jurnalistlərə açıqlama verən İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) keçmiş komandanı (fərmandehi), Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayi islam inqilabının uğursuzluqlarından danışıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Möhsün Rzayi deyib ki, İran islam inqilabının qələbəsindən 33 il keçməsinə baxmayaraq inqilab hədəfləri gerçəkləşməyib: “İslam inqilabının qələbə çalmasından sonra cəmiyyətimizdə həm ictimai-siyasi, həm də digər sahələrdə köklü dəyişikliklərin olacağı gözlənilirdi. Lakin hazırda 230 min nəfərin zindan kameralarında (süllullarda) saxlanması, ölkədə işsizliyin, inflyasiyanın baş alıb getməsi və digər problemlərin mövcudluğu göstərir ki, cəmiyyətimizdə heç bir dəyişiklik yaranmayıb”.

 

Möhsün Rzayi İranın xarici siyasətinə də münasibət bildirib: “Düzgün xarici siyasəti olmayan bir ölkənin milli hökuməti də olmayacaq. Milli hökumət isə o hökumətə deyilir ki, xarici siyasətdə səmərəli rol onaya bilsin”.

 

 Ölkədə milli pulun və qızıl sikkənin dəyərinin düşməsinə, dolların məzənnəsinin kəskin qalxmasına toxunan Möhsün Rzayi İran prezidenti Mahmud Əhmədinejad hökumətinin siyasətindən gileylənib: “Biz hələ 2011-ci ilin iyul (July) ayında Əhmədinejad hökumətinə məktub yazıb dolların və qızıl sikkənin bazardakı durumu haqda vəziyyətlə bağlı xəbərdarlıq etmişdik. Lakin hökumət o vaxtdan yeddi ay keçməsinə baxmayaraq bizim məktubumuza reaksiya (əksüləməl) vermədi və nəticə budur ki, hazırda valyuta (ərz, döviz) bazarında qeyri-sabit durumla üz-üzə qalmışıq”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar