SON XƏBƏRLƏR

Yəmən polisi nümayişçiləri güllələdi: ölənlər var

2021.10.20, 07:36
Yəmən polisi nümayişçiləri güllələdi: ölənlər var

Gunaz.tv

GünAz TV: Yəmənin cənubunda yerləşən Aden şəhərində nümayişçilərlə polis arasında növbəti toqquşma baş verib.

 

Hökumət əleyhinə nümayiş keçirən kütlə təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə ən azı 2 nəfər həlak olub, 10-dan artıq yaralı var. Bu barədə Milli.Az "Reuters"ə istinadən xəbər yayıb.

 

Nümayişçilər insanlara daha geniş hüquqların verilməsini tələb edib, hökmət əleyhinə şüarlar səsləndiriblər. Daha sonra kütlə seçki komissiyasının binasına hücum edərək onu ələ keçirməyə çalışıb. Atəş də bu zaman açılıb.

 

Xatırladaq ki, Yəməndə uzun sürən nümayişlər sonda prezident Salehin istefası ilə nəticələnib. O, səlahiyyətlərini vitse-prezidentə (president müavini) versə də, hələ də Yəmənin ən nüfuzlu şəxslərindən biri olaraq qalır və fəxri prezident statusu daşıyır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar