SON XƏBƏRLƏR

İran neftini Ukraynaya satmağa çalışır

2021.10.20, 07:36
İran neftini Ukraynaya satmağa çalışır

Gunaz.tv

GünAz TV: İran hakimiyyəti ölkə neftinin «qapı-qapı» gəzdirməyə başlayıb.

Tehranın Kiyevdəki səfiri Əkbər Qasimi Əliabadi ölkəsinin Ukrayan ilə enerji daşıyıcıları sahəsində əməkdaşlıq etməyə hazır olduğunu söyləyib. Onun sözlərinə görə, İran neft və qazının Ukrayanya ötürülməsinə dair danışıqlar gedir. Bu barədə Teleqraf.az «Seqodnya»ya istinadən xəbər yayıb.

«Biz Ukrayna ilə ticarət əlaqəsi saxlamağa hızırıq. Neft və qaz ticarəti ilə bağlı biz dünyanın 10-dan artıq dövləti ilə müqavilə əsasında əməkdaşlıq edirik. İran neft və qazının Ukraynaya ötürülməsinə dair energetika (enerji) üzrə İran-Ukrayna komitəsində danışıqlar aparılır»-deyə, Əkbər Qasımi - Əliabadi bildirib.

O, qeyd edib ki, ötən ilin oktyabarında ()October Ukraynanın energetika naziri Yuri Boykonun iranlı həmkarı ilə məsələ ilə bağlı danışıqları olub.

Ukraynalı atomçuların İrandakı uyğun sahədə çalışması ilə bağlı məsələdən danışan səfir deyib ki, bu əməkdaşlıq indi başlamayıb: «Bu əlaqə keçmiş SSRİ (Şurəvi) dövründən davam edir. Hazırda onlarla ukraynalı alim və mütəxəssis Buşhər Atom Elektrik Stansiyasında (Niruqah) məhsuldar fəaliyyət göstərir».

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar